Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:23 11.11.2020

Prezident müalicə olunan hərbçilərlə görüşüb

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

Azərbaycan, hələlik, döyüşlərdə həlak olan və yaralanan hərbi qulluqçuların sayını açıqlamayıb. Amma bu müddət ərzində Azərbaycan tərəfdən 90-dan çox mülki şəxsin həlak olduğu, 400-dən çoxunun isə xəsarət aldığı açıqlanıb.

11:35 11.11.2020

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Noyabrın 10-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, görüş bu qurumun Mərkəzi Komanda Məntəqəsində gerçəkləşib: "Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub".

Elə həmin gün Hulusi Akarı, habelə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunu və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı prezident İlham Əliyev də qəbul etmişdi.

00:55 11.11.2020

Erdoğan Putinə deyib ki, Türkiyə Qarabağda müşahidə mərkəzi quracaq

Türkiyə prezidenti Recep Tayyip Erdoğan noyabrın 10-da rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində deyib ki, Dağlıq Qarabağda atəşkəs razılaşmasının imzalanması davamlı həll istiqamətində düzgün addımdır.

Reuters agentliyinin yazdığına görə Erdoğan Putinə bunu da deyib ki, Türkiyə Rusiya ilə yanaşı atəşkəsə nəzarət etmək məqsədilə Azərbaycan tərəfindən müəyyən edilmiş yerdə müşahidə mərkəzi yaradacaq.

Türkiyə lideri bildirib ki, bu mərkəz Azərbaycanın “erməni işğalından azad etdiyi torpaqlarda” qurulacaq.

Erdoğan habelə Azərbaycan və Naxçıvan arasında quru dəhlizinin yaradılmasının vacibliyini vurğulayıb.

23:04 10.11.2020

Makron Türkiyəni Qarabağda ‘təxribatlara son qoymağa’ çağırıb

Fransa prezidenti Emmanuel Makron noyabrın 10-da Ermənistan və Azıərbaycan arasında müharibənin dayandırılmasına dair sazişin imzalanmasından sonra Dağlıq Qarabağ münaqişəsinin “davamlı siyasi həllinə” çağırıb.

Makron habelə bu münaqi.ədə Azərbaycanı dəstəkləyən Türkiyəni Dağlıq Qarabağ münaqişəsində “təxribatlara son qoymağa” ağırıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanla tez-tez söz müharibəsinə qalxan Makron habelə deyib ki, uzunmüddətli razılaşmalar “Ermənistanın maraqlarını qorumalıdır”.

Fransa prezidentinin ofisi bildirib ki, “Dağlıq Qarabağ ermənilərinin yaxşı şəraitdə qalması və evlərindən qaçmış minlərlə erməninin evlərinə qayıtması üçün təcili səylər göstərilməlidir”.

Davamı

XS
SM
MD
LG