Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

01:06 3.10.2020

Makron Paşinyana və Əliyevə danışıqlar üçün ‘yeni metod’ təklif edib

Fransa prezidenti Emmanuel Makron oktyabrın 2-də deyib ki, o Dağlıq Qarabağdakı vəziyyəti əvvəlcə Ermənistanın baş naziri, daha sonra isə Azərbaycan prezidenti ilə telefonda müzakirə edib və Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün “yeni metod” təklif edib.

Makron deyib ki, bu istiqamətdə iş oktyabrın 2-si, axşamdan başlanacaq.

Reuters xəbər verir ki, Fransa prezidenti tərəfləri bir daha atəşkəsə çağırıb.

01:47 3.10.2020

Zelenski dialoqa çağırıb, Ukraynanın Azərbaycanı dəstəklədiyini deyib

“Ukrayna Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyətin deeskalasiyasına çağırır. Ukraynadan münaqişənin hər hansı bir tərəfinə hərbi yardımın göstərilməsi barədə heç bir söhbət gedə bilməz”.

Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Çernovtsı şəhərində media nümayəndələri ilə görüşündə deyib:

“Hesab edirəm ki, bizim bir dövlət kimi başa düşülən, ölçülüb-biçilmiş və düzgün mövqeyimiz var: Biz Azərbaycan və Ermənistan arasında dialoqa və bu münaqişənin deeskalasiyasına çağırırıq”.

Ukrayna prezidentinin rəsmi saytındakı məlumata görə Zelenski deyib ki, son günlərin hadisələri və Dağlıq Qarabağda yeni gərginlik, istənilən dondurulmuş münaqişənin hətta çox illərdən sonra da alovlana biləcəyini göstərir və bu səbəbdən münaqişələri dondurmaq yox, bitirmək lazımdır:

“Mən hesab edirəm ki, heç bir dondurulmuş münaqişə ola bilməz. Çünki sonra, mühüm deyildir ki, diversiya və ya təxribat səbəbindən, bu, hər halda müharibənin başlanmasından 30 il sonra da planetimizin bu və ya digər yerində partlayışa çevrilər”.

Zelenski qeyd edib ki, son illərdə Ukrayna və Azərbaycan istər iqtisadi, istərsə də geosiyasi səviyyədə sıx münasibətlər qurublar. Məhz buna görə də “Ukrayna bu dövləti dəstəkləmək mövqeyində dayanıb və bundan sonra da dayanacaq”.

02:46 3.10.2020

Yerevandakı ABŞ səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edir

Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ABŞ vətəndaşlarına ölkə daxilində qeyri-zəruri səfərlər etməmək barədə xəbərdarlıq edib.

Səfirlik habelə diplomatik missiyanın əməkdaşlarına və onların ailə üzvlərinə Yerevan vilayətindən çıxmamaq barədə təlimat verib.

Səfirliyin internet saytında ABŞ vətəndaşlarına Yerevanın cənubuna, Sevan gölünün şərq hissəsinə, M4 və M16 magistral şose yollarından şərqə, Dilican Milli Parkınından şimala və Tavuş rayonunda Gürcüstanla sərhədədək ərazilərə səfərlərdən çəkinmək çağırışı edilir.

ABŞ vətəndaşlarına təhlükəsizlik vəziyyətini, habelə yerli media xəbərlərini izləmək, izdihamlardan və nümayişlərdən kənar durmaq tövsiyə olunur.

10:40 3.10.2020

AMN:“Bütün cəbhə boyu gərgin döyüşlər davam edir”

“Cəbhədə vəziyyət gərgin olaraq qalır.”

Bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 3-də saat 10-09-da yayıb.

Məlumatda qeyd edilib ki, gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısı alınıb.
“Bütün cəbhə boyu gərgin döyüşlər davam edir”,məlumatda yazılıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan bütün ölkədə hərbi vəziyyətdir.

Bundan başqa ölkədə qismən səfərbərlik də elan edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.Qurumun həmsədr ölkələrinin liderləri oktyabrın 1-də birgə bəyanat verərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırıb.

Davamı

XS
SM
MD
LG