Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:18

Erdoğan Azərbaycanda Türkiyə hərbi bazası haqda


Ərdoğan Azərbaycanda parlamentdə çıxış edir
Ərdoğan Azərbaycanda parlamentdə çıxış edir

Onun sözlərinə görə, hazırda əsas iş Azərbaycanın sərhədi boyunca təhlükəsizliyin təminatıdır

Prezident Recep Tayyip Erdoğan Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının qurulmasının mümkünlüyünü istisna etmir. Türkiyənin NTV televiziyasının məlumatına görə, Ərdoğan bunu iyunun 17-də keçirdiyi mətbuat konfransında deyib.

“Bu məsələ fərqli şəkildə inkişaf etdirilə bilər”

Ərdoğan hərbi baza məsələsinin açıqlanan maddələrin xaricində olmadığını, “daha sonra gəlişmə, genişləmə”nin mümkün olduğunu deyib.

“Düşünürəm ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşlərində bu məsələ fərqli şəkildə inkişaf etdirilə bilər. Bizim görüşlərdə inkişaf etdirilə bilər”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda əsas iş Azərbaycanın sərhədi boyunca təhlükəsizliyin təminatıdır.

İyunun 15-16-da Azərbaycanda səfərdə olan Ərdoğan Əliyevlə Şuşa Bəyannaməsi imzalayıb. Sənədin bəndlərindən biri tərəflərdən birinin təhlükəsizliyi və suverenliyinə təhdid yaranacağı halda hərbi əməkdaşlığı nəzərdə tutur.

Zəngəzur dəhlizi

Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini də dilə gətirib. O, Zəngəzur dəhlizi ilə bağlı Rusiya ilə fikir ayrılığı olmadığını deyib.

“İndiki məqamda Rusiya tərəfdən fikir ayrılığı, yaxud Zəngəzur dəhlizi üzrə işi təxirə salmaq niyyəti olduğunu düşünmürəm. Əksinə, Rusiya burada yardımçı vəzifəsindədir”, – o bildirib. Ərdoğan Azərbaycanın Zəngəzur layihəsinin çox əhəmiyyətli olduğunu, onu dəstəklədiklərini bir daha vurğulayıb.

Erdoğan iyunun 16-da parlamentdə çıxışı zamanı "Zəngəzur dəhlizi"nin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsinin mümkün olmadığını deyib: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryol ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Prezident Əliyev iyunun 15-də deyib ki, Şuşa bəyannaməsi 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edir. Qars sazişi Türkiyə ilə Azərbaycanın müttəfiqliyi, o cümlədən iki ölkə arasında quru yolunun yaradılmasını nəzərdə tutur.

XS
SM
MD
LG