Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:49

«Azadlıq» qəzeti: «Hakimiyyət AXCP-dən qisas alır»


«Hazırda AXCP-dən baş verən istefalar Azərbaycanın siyasi reallığından irəli gəlir»
«Hazırda AXCP-dən baş verən istefalar Azərbaycanın siyasi reallığından irəli gəlir»
«Son vaxtlar AXCP sıralarını bir neçə nəfərin tərk etməsi cəmiyyətin əksər çevrələrində, o cümlədən tanınmış köşə yazarları tərəfindən birmənalı qiymətləndirildi. Onlar bu istefaları hakimiyyətin AXCP və onun sədrinin seçkiylə bağlı prinsipial mövqeyilə əlaqələndirərək, bunu AXCP-yə növbəti qisas əməliyyatı kimi dəyərləndirirlər»-, bunu «Azadlıq» qəzeti yazıb.
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qəzetə bildirib ki, hazırda müxalifət daxilindəki şərait hakimiyyətyönlü qəzetlərin təsvir etdiyi kimi acınacaqlı deyil: «AXCP-ni bir-iki şəxsin tərk etməsinin həm partiyada, həm də müxalifətdə ciddi parçalanmağa gətirib çıxaracağı inandırıcı deyil».

Hüquq müdafiəçisi İlqar İbrahimoğlunun fikrincə, istefalar nəticəsində müəyyən partiyaların ciddi böhran yaşamasını qeyd etmək elmi yanaşma deyil: «Hazırda AXCP-dən baş verən istefalar Azərbaycanın siyasi reallığından irəli gəlir. Məsələlərə bir qədər siyasi gerçəkliklər prizmasından yanaşmaq lazımdır».

«İqtidar istəyir ki, müxalifət güclü olsun»-, «Üç nöqtə»yə müsahibəsində hakim partiyadan olan Eldar İbrahimov belə deyir. O, eyni zamanda vurğulayıb ki «YAP-da partiyanın fəaliyyəti yaxından maraqlana bilməyənlər rəhbərlikdən getməlidir».

«Azərbaycan əhalisinin təxminən 51 faizini təşkil edən qadınlar cəmiyyətdə həmişə layiqli mövqe tutmuşlar. Bu gün isə qadınlar nazir, millət vəkili, akademik, dövlət qulluqçusudurlar». Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova «Azərbaycan» qəzetində dərc etdirdiyi məqaləsində belə yazır. Müəllif bildirir ki, Azərbaycan qadınlarının 3-cü qurultayı qadınların cəmiyyətdə rolunu daha da gücləndirəcək.

«Ekspress»
yazır ki, «Nazarbayev Bakı-Tbilisi-Ceyhandan qaçır».

«Qazaxıstan davranışını dəyişir. Rəsmi Astana ölkədə çıxarılan neftin dünya bazarlarına çatdırılması üçün alternativ yollar axtarışı davam etdirmək adı ilə «qara qızıl»dan həm siyasi alver, həm də müttəfiqlik əlaqələrinin yaradılması vasitəsi kimi istifadə edir».
XS
SM
MD
LG