Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:56

«Sulutəpə və Xocahəsən qəsəbələri köçürülür»


«Yeni Baş Planda əsasən köhnə tikililərin sökülməsi 2011-ci ilə kimi yekunlaşmalıdır»
«Yeni Baş Planda əsasən köhnə tikililərin sökülməsi 2011-ci ilə kimi yekunlaşmalıdır»
«Yeni Müsavat» yazır ki, Bakıda böyük əhali köçünə hazırlıq gedir. Paytaxtın yeni Baş Planına əsasən bu ərazilərdə yaşayış massivi salınacaq, xəstəxanalar, universitetlər və dövlət idarələri yerləşdiriləcək.

«Yeni Baş Planda şəhərin tıxaclardan azad edilməsi istiqamətində də müəyyən işlər nəzərdə tutulub. Bunun üçün bir sıra nazirliklərin yeni salınacaq şəhərciklərə köçürülməsi də planlaşdırılıb. Bu istiqamətdə artıq ilk addımlar da atılır. Məsələn, Sulutəpədə yerləşən «Pepsi Cola» zavodunun artıq buradan köçməyə yaxın olduğu deyilir. Müəssisənin artıq bir neçə gündür ki, bağlanması və onun ayrı yerə köçməyə hazırlaşması xəbəri yayılıb. Digər tərəfdən, hökumət təhsil müəssisələrinin və universitetlərin şəhərdən kənara çıxarılmasına da start verib. Bu məqsədlə Qaradağ rayonu ərazisində 100 hektar boş torpaq sahəsi də ayrılıb. Hazırda bu ərazidə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı üçün bina tikilir».

«Azərbaycan» qəzeti məlumat verir ki, oktyabrın 28-də Azərbaycanda Atatürk Mərkəzində Türkiyə Cümhuriyyətinin 85-ci ildönümü münasibətilə tədbir keçirilib. Mərasimdə vurğulanıb ki, «Türkiyə Respublikası böyük Mustafa Kamal Atatürkün ölməz əsəridir. Ötən 85 il ərzində Türkiyənin parlaq inkişaf yolu keçməsi türk xalqının nəyə qadir olduğunu bir daha sübut edib. Türk xalqı dünya birliyində öz layiqli və dəyərli yerini tutub».

«Üç nöqtə»: Millət vəkili Cəmil Həsənli qəzetə müsahibəsində deyib ki, «bu gün Azərbaycanda hələ ki, yeni siyasi münasibətlər yoxdur. Hər şey köhnənin davamıdır. Tutaq ki, bu gün Azərbaycan cəmiyyətində hansısa bir partiya yaranırsa, onun siyasi müstəvidə nə dərəcədə dəyişiklik edib-etməməsi şübhə doğurur. Onlar hər hansı dəyişiklik etmək iqtidarında olmayacaq. Ona görə də, dəyişiklik üçün müəyyən şərtlər olmalıdır. Bəlkə də var, mən hiss etmirəm. Mənə elə gəlir ki, əgər Azərbaycanda söhbət seçki və seçkidən sonrakı şəraitdən gedirsə, hər şey ötən beş ilin davamıdır».

«Bizim Yol»: «Baş nazir niyə dəyişmədi? Onun ikinciliyi cəmiyyətə, hakimiyyətə nə vermişdi ki, yenidən böyük etimad göstərildi? Hörmətli Rasizadə növbəti dövrdə Azərbaycana nə verəcək?»-, bu suallara köşə yazarı Elçin Rüstəmli cavab axtarır. Müəllif yazır: «Azərbaycanda hakimiyyət qolları arasında bölgü formal xarakter daşıyır, Nazirlər Kabineti, parlament və məhkəmə birbaşa prezidentə tabedirlər. Prezidentin səlahiyyətləri həddindən artıq genişdir, bundan başqa hökumət və parlament birinci şəxsin iradəsi ilə formalaşdığına görə qeyri rəsmi tabeçilik münasibətləri də hökm sürür».

«Yeni Azərbaycan»: «Yerevanın son addımları göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda konstruktiv mövqe tutmaq istəmir». Qarabağ danışıqlarının hazırkı mərhələsinə həsr olunmuş məqalə «Vasitəçilər qovur, Ermənistan qaçır, Azərbaycan isə nəticəni gözləyir» adlanır. Müəllif iddia edir ki «hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən bir addım belə geri çəkilməyəcək».
XS
SM
MD
LG