Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:36

«Əbu Bəkr»in fəaliyyəti istintaqdan sonra mümkün ola bilər»


«Son illərə kimi Azərbaycanda 7 dini icmanın fəaliyyəti dayandırılıb. Amma bu il belə fakt aşkarlanmayıb»
«Son illərə kimi Azərbaycanda 7 dini icmanın fəaliyyəti dayandırılıb. Amma bu il belə fakt aşkarlanmayıb»
«Əbu Bəkr» məscidinin fəaliyyəti yalnız istintaq başa çatdıqdan sonra mümkün ola bilər»-, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov belə deyib:
«Bu, Azərbaycanda məsciddə baş vermiş ilk və ən böyük terror aktıdır. İstintaq başa çatdıqdan sonra məscid fəaliyyət göstərə bilər».
«Əbu Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinin fəaliyyəti Nərimanov Rayon Məhkəməsi tərəfindən bərpa olunub.

Bu il avqust 17-də həmin məscidə atılan əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin xəsarət alıb. Bundan sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb.

Komitə sədri onu da bildirib ki, 2008-ci ildə ölkədə 90 dini icma qeydiyyatdan keçib, onlardan biri yəhudi təmayüllü, yerdə qalanları isə ənənəvi islam təmayüllü icmalardır:

«Son illərə kimi Azərbaycanda 7 dini icmanın fəaliyyəti dayandırılıb. Amma bu il belə fakt aşkarlanmayıb».
XS
SM
MD
LG