Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:08

Huseyn Arabul MTN-ə məktub göndərib


«Barmek»in prezidenti məktubda şirkətin fəaliyyəti ilə bağlı gələcəkdə yarana biləcək problemləri xüsusi vurguladığını deyir

«Barmek-Azərbaycan» Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Huseyn Arabul Milli Təhlükəsizlik Nazirliyinə (MTN) məktub göndərib. «Azadlıq» radiosuna müsahibəsində belə deyən cənab Arabulun sözlərinə görə, o, məktubda şirkətlə bağlı son zamanlar baş verən hadisələrdən bəhs edib. «Barmek»in prezidenti təfərrüatlarla bağlı danışmayıb, yalnız onu deyib ki, məktubda şirkətin fəaliyyəti ilə bağlı gələcəkdə yarana biləcək problemləri xüsusi vurgulayıb: «Bizim hesabımıza həbs qoyulur, əməkdaşlarımız həbs olunur, bu isə abunəçiyə edilən xidmətin keyfiyyətinin aşağı düşməsi, enerji təchizatında problemlərin yaranması ilə nəticələnə bilər. Məgər bu dövlətin təhlükəsizlik məsələsi deyilmi?»

Bakı, Sumqayıt və ölkənin şimal rayonlarını elektrik enerjisi ilə təmin edən «Barmek» şirkətinə qarşı Baş Prokurorluqda korrupsiya və mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb. Şirkət ittihamlarla razılaşmır.


XS
SM
MD
LG