Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

Magistratura imtahanlarının bir mərhələdə keçiriləcəyi deyilir


«Təhsil haqqında» qanun layihəsi indiyə qədər bizə göndərilməyib». Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 1-də keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, layihənin müzakirəsinin bu yaxınlarda keçirilməsi nəzərdə tutulsa da, parlament hələ ki, iştirakla bağlı TQDK-ya dəvət məktubu göndərməyib.

Ali təhsilin magistratura pilləsinə qəbul imtahanı qaydaları əvvəlkindən kəskin fərqlənməyəcək. TQDK bu il də 2005-ci ildə olduğu kimi, «keçid model»indən istifadə edəcək. Komissiyanın sədri Məleykə Abbaszadə deyib ki, magistratura imtahanları bu il 2005-ci ildən fərqli olaraq bir mərhələdə keçiriləcək.


Ötən il prezidentin verdiyi sərəncamla ölkədə təhsilin bütün pillələrinə qəbul imtahanları TQDK tərəfindən aparılır. 2005-ci ildə Azərbaycanda ilk dəfə magistratura imtahanları test üsulu ilə, iki mərhələdə aparılmışdı.


XS
SM
MD
LG