Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:46

İsrail Qəzzəni mühasirəyə alıb


İsrail bu əməliyyatda 30 əsgərinin yaralandığını xəbər verir
İsrail bu əməliyyatda 30 əsgərinin yaralandığını xəbər verir
İsrail Qəzzədə quru əməliyyatlarını davam etdirir. Son məlumata görə, İsrail ordusu Qəzzə şəhərini mühasirəyə alıb. Bugünkü əməliyyatlarda daha 8 fələstinli öldürülüb. Onlardan 5-i yaraqlıdır.
Həmçinin İsrail bu əməliyyatda 30 əsgərinin yaralandığını xəbər verir.
İsrailin Müdafiə naziri Ehud Barak deyib ki, Həmasa qarşı aparılan bu əməliyyat tez və asan olmayacaq.
BMT-nin Təhlükəsizlik Şurasının iclasında isə təcili atəşkəslə bağlı elə bir razılıq əldə olunmayıb.
Dekabrın 27-dən İsrailin Qəzzədə apardığı hərbi əməliyyatlar nəticəsində 450-dən artıq fələstinli ölüb, 2050 nəfərsə yaralanıb.
BMT-nin Baş katibi Ban Ki Muun İsraili təcili Qəzzədə quru əməliyyatlarını dayandırmağa çağırıb.
O, İsrailin Baş naziri Ehud Olmertlə telefon söhbətində Qəzzədə dinc sakinlərin taleyindən dərin narahatlığını bildirib.
Fələstin prezidenti Mahmud Abbasla ərəb ölkələrinin Xarici İşlər nazirləri isə Nyu-Yorka yollanıblar. Onlar Təhlükəsizlik Şurasında İsraili ittiham edən qətnamə qəbul edilməsini istəyirlər.
Birləşmiş Ştatlar İsraili dinc sakinlər arasında itkidən qaçmağa çağırıb. Həmçinin Böyük Britaniya İsraillə Həması zorakılığı dayandırmağa çağırıb. Fransa isə İsrailin hərəkətini ittiham edib.
Qəzzadan son görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

XS
SM
MD
LG