Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:31

Nazim Hikmətin Türkiyə vətəndaşlığı bərpa olundu


Nazim Hikmət 1963-cü ildə Moskvada – mühacirətdə olarkən vəfat edib
Nazim Hikmət 1963-cü ildə Moskvada – mühacirətdə olarkən vəfat edib
Məşhur türk şairi Nazim Hikmətin Türkiyə vətəndaşlığı bərpa olunub. Şərhçilər Avropa Birliyinə daxil olmağa can atan rəsmi Ankaranın bu addımını insan haqları sahəsində özünün konstruktiv mövqeyini göstərməsi kimi qiymətləndirirlər.
Nazim Hikmət «soyuq müharibə» illərində - 1951-ci ildə Türkiyə vətəndaşlığından məhrum olunmuşdu və ömrünün 10 ilini kommunist baxışlarına görə həbsdə keçirmişdi. Məşhur şair 1963-cü ildə Moskvada – mühacirətdə olarkən vəfat edib.
XS
SM
MD
LG