Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:38

Mollaları qorxuya salan təşkilat


Xalq Mücahidləri Təşkilatı tərəfdarlarının Parisdə aksiyası, 06 yanvar 2009
Xalq Mücahidləri Təşkilatı tərəfdarlarının Parisdə aksiyası, 06 yanvar 2009
İranın xarici siyasəti barədə danışanda adamın ağlına birinci gələn prezident Mahmud Əhmədinejadın çıxışlarıdır. Amma İranın xarici siyasətində başqa bir prioritet də var: İran müxalifətinin qərbin qara siyahısına salınması.

Avropa rəsmiləri gizlətmirlər ki, İran Xalq Mücahidləri Təşkilatının terror təşkilatı adlandırılmasını rəsmi Tehran özü istəyib. «Wall Street Journal» keçən ilin oktyabrında çıxan bir məqaləsində yazırdı ki, Xalq Mücahidləri Təşkilatının terrorçu kimi tanınmasına İran hökuməti nail olub. Keçən ilin martında çıxan məlumatda Britaniya Parlamentinin xarici əlaqələr komitəsi bildirmişdi ki, komitə üzvlərinin Tehrana səfəri zamanı İran rəsmiləri özləri məsələni dəfələrlə qaldırıblar.

Sual yaranır, Əhmədinejadın rejimi İran Xalq Mücahidləri Təşkilatından niyə qorxur?

Bu qurumun İran hökumətinə qarşı ən yaxşı təşkilatlanmış hərəkat olduğu məlumdur. Hazırda təşkilatın 4 minə qədər üzvü, o cümlədən qadınlar həbsdədirlər. Son 30 ildə İran hökuməti Mücahədlərin 120 minə qədər üzvünü edam edib. Təkcə 1988-ci ildə, Ali lider Ruhulla Xomeyninin fətvası ilə 30 min adam həmin təşkilata üzv olduğun üçün edam olundu. Amma İran Xalq Mücahədləri Təşkilatı İrandakı rejimə qarşı ən böyük təhlükə olaraq qalır. Məhz bu təşkilat ilk dəfə olaraq 2002-ci ildə İranın nüvə proqramını ifşa etdi. Nəticədə dünya İranı təcrid etdi, BMT Təhlükəsizlik Şurası İrana qarşı dəfələrlə sanksiya qoydu. İranın başqa ölkələrə müdaxiləsi barədə məlumatı da Xalq Mücahidləri verib. Ölkə daxilində bu təşkilat tələbələr arasında fəaliyyət göstərir. Noyabrda İran dövlət televiziyasının verdiyi məlumata görə, onların fəallardanq 20 gənc həbsə alınıb. Gənclər mobil telefonlara təşkilat haqqında «sms»lər göndərirmişlər.

Fakt odur ki, Xalq Mücahidləri İrandakı diktaturanı demokratiyayla əvəz etməyə, respublika yaratmağa, dünyəvi dövlət qurmağa çalışan koalisiyanın üzvüdür. Koalisiya belə adlanır: İran Milli Müqavimət Şurası. Parisdə yerləşən şura İranın mühacirətdə olan parlamentidir. Milli Müqavimət Şurası İrana hərbi müdaxilənin, eyni zamanda mollalarla barışığın əleyhinədir. Şura 3-cü yolu - xalqın təşkilatlanaraq müqavimət göstərməsini və İranda demokratik dəyişiklik etməsini istəyir. Bu yolu dəstəklədiyini bildirmək üçün keçən il Parisə 70 mindən çox iranlı toplandı. Müqavimət koalisiyasının prezidenti xanım Məryəm Rajavi Avropa və Amerikanı İrandakı rejimə hərtərəfli sanksiyalar qoymağa çağırıb. Həm də Qərbin İranda repressiyaların artmasına səbəb olan səhv addımdan çəkinməyə səsləyib. Koalisiya Mücahidlər üzərindəki terrorçu damğasının götürülməsini istəyir. Təşkilat terrorçu adını 2002-ci ildən alıb. Bəzi Avropa və Amerika rəsmiləri etiraf edirlər ki, dünyanın 4-cü iri neft yataqlarına yiyəlik edən mollaların qılığına girmək istəyiblər.

2006-cı ildə Avropa Məhkəməsi qəfildən İran Xalq Mücahidlər Təşkilatının qara siyahıdan çıxarılmalı olduğunu bildirdi. 2007-ci ildə Britaniya Ali Məhkəməsi təşkilatın terrorçular siyahısına salınmasının səhv addım olması barədə qərar verdi. Qərarı 2008-ci ildə Britaniya Apelliyasia məhkəməsi qüvvədə saxladı və Britaniya parlamentində səsvermədən sonra təşkilatın fəaliyyətinin qadağan olunmadığı bildirildi. Məhkəmələrin qərarlarından sonra Avropa Nazirlər Şurası məsələyə baxmalı idi, amma buna Fransa mane oldu.

Ancaq Fransanın etirazlarına baxmayaraq, Avropa Məhkəməsi İran Xalq Mücahidlər Təşkilatının terrorçular siyahısından çıxarılması barədə qərar verib. İndi Avropa Birliyi məsələni müzakirə edir, yanvarın axırına qərar çıxarmalıdır. Təşkilatın Amerikanın qara siyahısından çıxarması yeni prezident Barak Obamadan asılı olacaq. Xalq Mücahidləri Təşkilatı üzərindəki damğadan qurtarsa, bütün potensialını indiki İran rejimini devirməyə yönəldə bilər. Həm də İran xalqı beynəlxalq aləmin indiki hökumətin fitvasına getmədiyini görər.
XS
SM
MD
LG