Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:22

Gəncədə uzunluğu 4 km-ə çatan şəhərcik salınacaq


Gəncə şəhərinin girəcəyində uzunluğu 4 km-ə çatan şəhərcik salınacaq. Bu barədə şəhər şurasının iclasında qərar verilib. Gəncənin icra başçısı Eldar Əzizovun sözlərinə görə, şəhər aeroportu 2007-ci ildən beynəlxalq hava limanı kimi fəaliyyətə başlayandan sonra bölgənin iqtisadi-sosial əhəmiyyəti artacaq. Buna görə də Gəncə hava limanının yaxınlığındakı boş torpaq sahələrində şəhərcik salınması qərara alınıb. Ancaq ilk növbədə 56 hektar ərazidə müasir ticarət mərkəzi və iaşə obyektləri tikiləcək. Yaxın gələcəkdə burda çoxmərtəbəli yaşayış binalarının da inşa ediləcəyi nəzərdə tutulur. Şəhərciyin eskizlərini Azərbaycan memarları hazırlayıb.

E.Əzizov tikintinin aparılması üçün artıq onlara 50-yə yaxın müraciət olunduğunu deyir. Cənab Əzizovun sözlərinə görə, Gəncənin inkişafı üçün boş torpaq sahələri azdı: «Vaxtilə Gəncədən Samuxa, Xanlara boş torpaqlar verilib, indi heç bu rayonlar da o sahələrdən istifadə etmir. Əgər o torpaqlar Gəncəyə qaytarılsa, yeni mikrorayonlar salmaq olar».


Eldar Əzizov ümid edir ki, ölkə prezidentinin yanında artıq müzakirəyə çıxarılmış bu məsələ öz müsbət həllini tapacaq.


XS
SM
MD
LG