Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:27

İmza toplayan 2 nəfər həbs edildi


Qrup MSK-da qeydiyyata alınmaq üçün 40 min imza toplamalıdır
Qrup MSK-da qeydiyyata alınmaq üçün 40 min imza toplamalıdır
«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupuna imza toplayan iki nəfəri - Mövsüm Əsgərov və Rövşən Sadıqovu polis həbs edib. Hadisə yanvarın 21-də Sabirabad rayonunda baş verib.

Bu barədə «Azadlıq» radiosuna AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Onun dediyinə görə, polis həbs edilənlərdən birinin - Mövsüm Əsgərovun cibindən narkotik maddə tapıldığını bildirib.

Sabirabad rayon Polis İdarəsindən isə «Azadlıq» radiosuna deyilənləri təkzib ediblər.

Axşam saatlarında isə hər iki şəxs rayon məhkəməsinə aparılıb.

AXCP Sabirabad rayon təşkilatının sədri Səttar Şahlarovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, məhkəmə Mövsüm Əsgərovun 3, Rövşən Sadıqovun isə 2 gün müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Qərarda hər iki şəxsin polisin qanuni tələblərinə tabe olmaması göstərilib.

«Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunu bir qrup müxalifət partiyası təsis edib. Qrup Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə çıxır.

Qrup MSK-da qeydiyyata alınmaq üçün 40 min imza toplamalıdır.

Mövsüm Əsgərov və Rövşən Sadıqov AXCP üzvüdür.
XS
SM
MD
LG