Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:49

Qənimət Zahid həmkarlarına mesaj göndərib: «Möhkəm olun»


Fevralın 10-u «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin 46 yaşı tamam olur
Fevralın 10-u «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin 46 yaşı tamam olur
Fevralın 10-u «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin 46 yaşı tamam olur.

Ad gününü həbsxanada keçirən jurnalistlə həyat yoldaşı Ayəndə Mürsəliyeva görüşüb.

A.Mürsəliyevanın «Azadlıq» radiosuna dediyinə görə, həbsxanada onun vasitəsilə təbrikləri qəbul edən Q.Zahid həmkarlarına da öz mesajını çatdırıb:

- Qənimətin bir sevimli ifadəsi var: Möhkəm olun. O, həmkarlarına möhkəm olmağı, sınmamağı arzuladı…

A.Mürsəliyeva deyir ki, Qənimət Zahid siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilməsinin gözlənilməsi ilə bağlı xəbərlərdən çox sevinib.

Həyat yoldaşının sözlərinə görə, Qənimət Zahid deyib ki, bu, siyasi məhbus probleminin həllində dönüş yarada bilər.

Qənimət Zahid xuliqanlıqda və qəsdən sağlamlığıa az ağır zərər vurmada günahlandırılaraq, 4 il müddətinə həbs cəzası alıb. Lakin beynəlxalq ictimaiyyət onu vicdan məhbusu sayır və azad edilməsini tələb edir.
XS
SM
MD
LG