Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:53

Rəhim Qazıyev: «O, SSRİ-nin ən tanınmış mütəxəssislə- rindən idi»


Rəhim Qazıyev Rail Rzayevin qətlə yetirilməsini Azərbaycan ordusu üçün böyük itki hesab edir
Rəhim Qazıyev Rail Rzayevin qətlə yetirilməsini Azərbaycan ordusu üçün böyük itki hesab edir
Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev deyir ki, Rail Rzayev hərbi hava qüvvələri sahəsində keçmiş sovetlər məkanının ən tanınmış mütəxəssislərindən idi. O, 1992-ci ildə Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin birləşdirilərək R.Rzayevin quruma baş komandan təyin edildiyini bildirir:

«O, Bakıda SSRİ-nin cənub sərhədlərini müdafiə edən bölmələrinə xidmət göstərən hərbi obyektin direktoru idi. Qarabağ münaqişəsi ilə bağlı ölkədə ardıcıl əməliyyatlar gedən zaman hava sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmə gəldi. Biz bu sahəsinin aparıcı mütəxəssisi kimi Rail Rzayevə müraciət etdik və o, qısa zamanda Azərbaycanın hərbi hava qüvvələrini inkişaf etmiş bir hala gətirdi».

R.Qazıyev deyir ki, həmin vaxt bu sahədə mütəxəssis qıtlığı var idi. Onun sözlərinə görə, R.Rzayev qısa zaman ərzində Texniki Universitetin 60 nəfərlik tələbələrinə təlim keçərək onları bu işə cəlb etdi:

«O vaxt prezident Əbülfəz Elçibəy hava qüvvələrinə baxış keçirəndə, qurumun qısa zamanda belə hazırlıq vəziyyətinə gətirilməsinə inana bilmədiyini dedi».

R.Qazıyev R.Rzayeyin qətlə yetirilməsini Azərbaycan ordusu üçün böyük itki hesab edir. Onun sözlərinə görə, bu itkinin yeri qısa zamanda doldurula bilməyəcək.

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.
XS
SM
MD
LG