Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:47

Təşviqat aparılacaq yerlərin siyahısı açıqlanıb


Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti referendum təşviqat qruplarının əhali ilə görüşləri üçün şəhər və rayonlarda ayrılmış açıq və qapalı yerlərin siyahısını dərc edib.


Siyahıda ölkənin bütün şəhər və rayonlarında açıq və qapalı tədbirlərin keçirilməsi ilə bağlı yerlər də bu qaydada göstərilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında tədbirlərin keçiriləcəyi yerlər siyahıda əksini tapmayıb.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib ki, qəbul olunmuş təqvim planına uyğun olaraq təşviqat kampaniyası fevralın 18-də başlayıb, martın 16-da başa çatacaq.

Referendumda təşviqat işi ilə 9 təşəbbüs qrupu məşğul olacaq. Onlardan 7-si referenduma çıxarılan məsələlərə müsbət, 2-si isə mənfi yanaşır.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG