Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:08

Müsəlman ölkələrində ABŞ-ın siyasəti haqda nə düşünürlər


ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatları onun məqsədləri barədə mənfi rəy yaradıb
ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatları onun məqsədləri barədə mənfi rəy yaradıb
«WorldPublicOpinion.org»un araşdırmalarına görə, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin vətəndaşları siyasi məqsədlərlə dinc sakinlərə hücumları qəbul etmirlər. Bu ölkələrdə vətəndaşların əksəriyyəti Əl-Qaidənin ABŞ-ın hərbi qüvvələrinin müsəlman ölkələrindən çıxarılmasına dair fikirləri ilə razıdır. Hətta bu məqsədin həyata keçirilməsi üçün müsəlman ölkələrindəki ABŞ hərbçilərinə hücumları müdafiə edirlər.

Amma müsəlman ölkələrinin sakinləri Əl-Qaidənin məqsədlərini bəyənsələr də, istifadə etdiyi terror metodlarını qəbul etmirlər.

«WorldPublicOpinion.org» ABŞ-da Mərlind Universiteti ilə birlikdə Türkiyə, İordaniya, Fələstin əraziləri, Azərbaycan kimi müsəlman ölkələrində ABŞ-a münasibətə dair ictimai rəyi öyrənib. Sorğunun nəticələri fevralın 25-də elan edilib.
Təşkilatın direktoru Steven Kull hesab edir ki, indi ABŞ çıxılmaz vəziyyətə düşüb. Onun müsəlman ölkələrində apardığı terrorla mübarizə əksinə, Əl-Qaidəyə rəğbət yaradıb. Bu insanlar hər nə qədər Əl-Qaidənin terror metodlarını rədd etsələr də, onun məqsədlərini bəyəndiklərini deyiblər.

Sorğuya cəlb olunan hər 10 nəfərdən yeddisi sadə amerikalılara hücumları pisləyib. Onların 90 %-ə qədəri siyasi və dini məqsədlərə nail olmaq üçün partlayıcı maddələrlə hücumların, sui-qəsdlərin yolverilməz olduğunu deyib.
Tədqiqatçılar bu qənaətə gəliblər ki, ABŞ-ın müsəlman ölkələrindəki hərbi əməliyyatları onun məqsədləri barədə mənfi rəy yaradıb. Geniş yayılmış fikrə görə, o, müsəlmanları üz-üzə qoyur. Xüsusilə də İndoneziyada və Misirdə rəyi soruşulanların tam əksəriyyəti hesab edir ki, Birləşmiş Ştatların məqsədi islam dünyasını zəiflədib parçalamaqdır. Azərbaycan, Türkiyə, İordaniya və Fələstin ərazilərində hər 10 nəfərdən doqquzu bildirib ki, ABŞ-ın başlıca məqsədi Yaxın Şərqdə neft mənbələrinə nəzarət etməkdir.
İslamçı qrupların siyasi proseslərdə iştirakına icazə verilməsinin tərəfdarları da kifayət qədər çoxdur. Müsəlman ölkələrində tam əksəriyyət, o cümlədən Azərbaycanda rəyi soruşulanların 75%-i, Türkiyədə 53%-i bildirib ki, bütün şəxslərə, o cümlədən də islamçılara siyasi partiya yaradıb, seçkilərdə öz namizədlərini irəli sürmək imkanı verilməlidir.
Birləşmiş Ştatların demokratiyanı müdafiə etməsinə gəldikdə, bu ölkələrdə ən yaxşı halda belə fikirlər hakimdir ki, Vaşinqtonun demokratiyanı müdafiəsini hiss edirlər. Kiçik bir hissə düşünür ki, ABŞ demokratiyanı müdafiə etsə də, etməsə də onların hökumətləri Vaşinqtonla əməkdaşlıq edir.

Ən geniş yayılan fikirlər isə belədir ki, ABŞ-ın müdafiə etdiyi demokratiya o zaman güclü olur ki, yerli hökumət də bunu istəsin. Amma rəyi soruşulanların xeyli hissəsi o qənaətdədir ki, ABŞ ümumiyyətlə müsəlman ölkələrində demokratiyanın olmasında maraqlı deyil.
XS
SM
MD
LG