Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

"Mimino" Rusiya-Gürcüstan savaşına etirazını yeni klipiylə bildirdi...


V.Kikabidze 70 illik yubiley konsertini də Moskva yerinə Kiyevdə təşkil edir.
V.Kikabidze 70 illik yubiley konsertini də Moskva yerinə Kiyevdə təşkil edir.
Sovet adamlarının yaddaşında milli mənsubiyyəti yox, “Mimino” filmindəki rolu, sənəti və mahnılarıyla qalan SSRİ və Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Rusiya-Gürcüstan savaşına etirazını yeni mahnı və kliplə dilə gətirib.

İnternetdə yayımlanan həmin video klip çox qızğın mübahisələrə səbəb olub. Keçmiş SSRİ məkanından olanların bəziləri Vaxtanq Kikabidzeni gürcü xalqıyla həmrəy olduğu üçün alqışlayır. Bəziləri isə, xüsusən də Rusiyadan olan istifadəçilər onu satqınlıqda da ittiham edilər.

Vaxtanq Kikabidzenin mübahisələrə səbəb olan "Siz məni satmadız, məyus elədiz" klipi...
V.Kikabidze Rusiya-Gürcüstan savaşı haqda...
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00
Direct-ə keçid


70 yaşlı Vaxtanq Kikabidze özü Azadlıq Radiosuna deyib ki, əslində o, “məni satmadız, məyus elədiz” deyəndə bütün Rusiyada yaşayanları, rusları yox, sənət adamlarını, Rusiya ziyalılarını hədəf alır. Amma onları müharibədə günahkar saymır-ittiham eləmir.

Kikabidzenin sözlərinə görə, “Onlar sözsüz ki günahkar deyillər, heç kim bunu demir də. Mənim demək istədiyim odur ki, siyasət bir şeydir, adi adamlar başqa. Mənu məyus elədilər, çünki heç də hamı ürəyindən keçəni demədi, ağızlarını açıb həqiqəti deməyə qorxdular”.

Hər şey çox fərqliydi, get-gəl var idi, yenə də gedib-gələ bilərdik. Amma siz ədalətsizliyə səsinizi çıxarmadıqca, biganə qaldıqca, artıq heç nə əvvəlki kimi ola bilməz...
Kikabidze mahnısı Rusiya ziyalılarına ünvanlansa da, bir çox sıravi ruslar bundan elə də məmnun qalmayıb. Rusiyanın Gürcüstana qoşun yeritdiyi vaxt prezident Dmitri Medvedevin verdiyi Dostluq Ordenindən imtina eldiyi üçün Kikabidzeni özününkü kimi qəbul eləməyən rusiyalıların sayı çoxlamışdı.

Indiki mahnısının klipinə Gürcüstanın Qori və Senaki şəhərlərini Rusiya təyyarələrinin bombalaması kadrlarını, yaralanan-yardım istəyən gürcüləri, yanan evlərin görüntülərini qoyan Kikabidze deyir ki, “Əslində daha sərt görüntülər də var idi. Amma insanların yaddaşında o acı günləri xatırlatmaq istəməyib”.

Kikabidzenin sözlərinə görə, “Əslində göstərmək istəyib ki, hər şey çox fərqliydi, biz qonaq gedib-gəlirdik, yenə də gedib-gələ bilərdik. Amma siz ədalətsizliyə səsinizi çıxarmadıqca, biganə qaldıqca, artıq heç nə əvvəlki kimi ola bilməz”.


Bəzi tənqidçilərin fikrincə, "Mimino" filmiylə məşhurlaşan Kikabidze milli kimliyini qabartdığı üçün bir çox rusiyalı fanatlarını itirə bilər
Tənqidçilərin fikrincə müharibə kadlarını klipinə qoymaqla Kikabidze sıravi dinləyicinin gözündə artıq Gürcü kimliyini qabardıb.

"Moscow Times" qəzetinin tənqidçisi Anna Malpas deyir ki, ruslar Sovet vaxtının məşhurlarını onların milli kimliyinə görə tanımırdı. Məsələn, Muslim Maqomayev əslində Azərbaycandan idi, amma camaat Muslim Maqomayevi azərbaycanlı kimi tanımırdı.

Malpas deyir ki, "İndi onlar hirslənirlər ki, necə ola bilər ki, sevdikləri bir adam məşhur bir adam indi onlar kimi düşünmür, onlardan deyil".


Amma deyəsən Vaxtanq Kikabidze təkcə mahnıyla məyusluğunu çatdırmaqla kifayətlənmir. Ötən il Rusiya Prezidentinin verdiyi ordendən imtina edən Vaxtanq Kikabidze indi 70 illik yubiley konsertini də Moskvada keçirməkdən imtina eləyib. Əvəzində yubiley konsertini ötən il Risiya-gürcüstan savaşı vaxtı Tbilisini dəstəkləyən Ukraynanın paytaxtı Kiyevdə təşkil eləyəcək.
XS
SM
MD
LG