Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:54

Referendum əks-təbliğatçıları hücuma məruz qalıb


Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək. Müxalifət onu boykot edir
Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək. Müxalifət onu boykot edir
Referendum təbliğatı həyata keçirən «Hədəf» Gənclər Koalisiyası üzvlərinə mülki geyimli şəxslər hücum edib.

Hadisə «Qarabağ və Respublika» Uğrunda Vətəndaş Hərəkatının və «Respublikaçılar» Təşəbbüs Qrupunun bukletlərini yayarkən baş verib.
Məlumatı «Azadlıq» radiosuna koalisiyanın sədri Ağasif Şakiroğlu verib.

«Kampaniyanı metronun Elmlər Akademiyası stansiyasından başlamışdıq. 2000 bukletdən təxminən 1300-nü gənclərə çatdıra bildik. «Sahil» stansiyası yaxınlığında isə bir neçə mülki geyimli şəxs yaxınlaşıb buklet istədi. Biz birini verdik, qalanlarını isə əlimizdən alıb cırdılar».

Koalisiya sədri deyir ki, təbliğatçılar həmin şəxslərin kimliyini soruşanda isə «gedin, sonra bilərsiniz», «seçkidən sonra təbliğatınızı apararsınız» deyiblər.
Bakının Səbail Rayon Polis İdarəsindən isə «Azadlıq» radiosuna bildiriblər ki, onlarda belə bir hadisə qeydə alınmayıb.

Martın 5-də də müxalifətin yaratdığı «Respublikaçılar» təşviqat qrupunun nümayəndələri zorakılığa məruz qalıblar.

Təbliğat plakatını 54 saylı orta məktəbin qarşısındakı xüsusi lövhəyə yapışdırarkən Müsavat partiyasının iki üzvünə 100-ə yaxın yuxarı sinif şagirdi hücum edib. Onlar təbliğatçıları döyüb və maşınlarını çeviriblər.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Müxalifət referendumu boykot edir.
XS
SM
MD
LG