Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:37
Rubrikalar

“Qarabağ” “Neftçi”nin hesabına liderliyə qayıtdı


Səs: Real audio
“Heydər Əliyevi ilahiliyə yüksəltmək cəhdlərindən sonuncusu” Futbol üzrə 13-cü Azərbaycan çempionatının 31-ci turu dünən keçirilən oyunlarla başa çatdı. Bu turdakı oyunlardan sonra çempionatın lideri yenə dəyişdi, və güclülər dəstəsini tərk edəcəck daha bir klubun adı məlum oldu. Bakıda keçirilən oyunda dünənə kimi zirvədə qərarlaşan “Xəzər-Lənkəran” Neftçiyə 1-2 hesabıyla yenildi və birinci pilləi “Şahdağ-Samuru” 2-1 hesabıyla yenən “Qarabağ”a təhvil verdi. “Neftçi” isə “Xəzər-Lənkəran” üzərində qələbəylə ikinci sıraya yüksəldi və çempionluq uğrunda mübarizəni davam etdirir. 31-ci turda öz meydanında Yevlaxın “Karvan” komandasına məğıub olan “Bakılı” isə güclülər dəstəsiylə vidalaşmalı oldu. Turun qalan oyunlarında “Karat” evində “Turan”a 1-3, “MƏrkəzi Ordu İdman Klubu” “Bakı” oyunu isə qolsuz sülhlə tamamlandı. “İnter” çempionatda çıxışını dayandıran “Şəfa”yla oyuna görə texniki qələbə aldı. Ev sahibi kimi çıxış eləyən “Göyəzən” “Gənclərbirliyi”ni, “Ədliyyə” isə “Gəncə”ni 2-1, “MKT-Araz”sa “ŞƏmkir”i 2-0 hesabıyla yenməyi bacarıb.



Çempionatın sonuna 3 tur qalmış 70 xalla “Qarabağ” birinci, 69 xalı olan “Neftçı” və “Xəzər-Lənkəran” isə 2-3-cü yerləri bölüşür. Liderdən 3 xal fərqlə geridə olan və 4-5-ci yerlərdə qərarlaşan “Karvan” və “Turan” da çempionluq uğrunda mübarizəni davam elətdirir.



Çempionatın ən sərrast oyunçusu isə fevraldan-aprel ayına kimi cəzalı olduğu ümün oynamasa da qalan oyunlarda 20 qol vuran Zaur Ramazonovdur.



Mayın 13-ü Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Dünya Çempionatının seçmə mərhələsində ilk oyuna çıxacaq. Macarıstanda keçirilən yarışda Oqtay Musavevin çalışdırdığı Azərbaycan yığması Macarıstan, Moldova və Sloveniya ilə mübarizə aparacaq. Komanda ilk oyununu cümə günü meydan sahiblərinə Macarıstan voleybolçularına qarşı keçirəcək. Sonrakı günlərdə Sloveniya və Moldova yığmasıyla gücünü sınayacaq Azərbaycanın kiçilərdən ibarət voleybol millisi Dünya Çempionatına adlamaq üçün ilk pilləni tutmalıdır.



Azərbaycan çaparı Camal Rəhimov Türkiyə çempionu olub. Türkiyədə yaşayan 17 yaşlı Camal bu ölkənin birinciliyində 60 rəqibini qabaqlayaraq birinci olmağı bacarıb. Həftəsonu Bakıda keçirilən “Prezident koboku” nda isə Türkiyədən olan Mərt Alıcoğlu qalib olmağı bacarmışdı.



Azərbaycanın yeniyetmə və gənc cüdoçuları 2 beynəlxalq turnirdən 9 medalla qayıdıb. İbadulla Şabanovun çalışdırdığı yeniyetmə çüdoçular Rusiyanın Tver şəhərində 6 medal qazanıb. 15 nəfərlə bu turnirə qatılan Azərbaycan yeniyetmələr yığmasında Samir Dadaşzadə qızıl, Elsevər Sadıqov, Teymur Bağırlı, Zaur Bağırov, Rüstəm Alimli və Asif Əliyev isə bürünc medal qazanıb.



Hacıağa Hacıəhmədovun çalışdırdığı gəcnlər yığması isə Kiyevdəki turnirdə 3 medal qazanıb. Araz Muxtarov ikinci, Ceyhun Eyyublu və Fərid Allahverdiyev isə 3-cü olmağı bacarıb.



Azərbaycanın gənc şahmatçısı Rauf Məmmədov Rusiyada keçirilən “Dünyanın gənc ulduzları” adlı beynəlxalq turnirə qatılıb. 17 yaşlı Rayf Məmmədov bu turnirdə qalib olmaq üçün 12 rəqibiylə mübarizə aparacaq. İsveçrə sistemiylə keçirilən yarışın qalibi 11 turdan sonra bəlli olacaq.



Otüstü xokkey üzrə qadınlardan ibarət “Atasport” klubu cümə günü Avropa Çempionlar Liqasında ilk oyununa çıxacaq. İlk oyunda Azərbaycanın qadın otüstü xokkeyçiləri Ukraynanın “Kolos” klubuyla qarşılaşacaq.



Hollandiya keçirilən yarışda “Atasport” Almaniyanın “Rüsselşaymer”, Ukraynanın “Kolos” və İspaniyanın “Klub de kampo” komandasıyla eyni qrupda mübarizə aparacaq. Cəmi 8 komandanın qatıldığı Avropa Çempionlar Liqasında komandalar iki qrupa bölünüb. Qrupunda ilk yeri tutan komandalar qızıl və
XS
SM
MD
LG