Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:51
Rubrikalar

Azərbaycan otüstü xokkeyçiləri Avropa Çempionlar Liqasında ikinci oldu


Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” Azərbaycan qadın otüstü xokkey klubu “Atasport” Avropa Çempionlar Kubokunda gümüş medallara sahib olub. Hollandiyada keçirilən 32-ci Çempionlar Kubokunda “Atasport” B qrupunda keçirilən ilk oyunda Ukraynanın “Kolos” komandasını 3-1, ikinci oyunda isə Almaniyanın “Rüsselşaymer” klubunu 1-0 yenib. Azərbaycanın xanım xokkeyçiləri bazar günü İspaniyanı təmsil edən “Klub de Kampo” yla 2-2 hesabıyla heç-heçə oynayıb və finala vəsiqə qazanıb. “Atasport” Çempionlar Kubokunu qazanmaq üçün dünən A qrupunun qalibi olan Hollandiyanın “Hertoqemboş” klubuyla görüşüb və 1-8 hesabıyla məğlub olaraq, komanda idman növlərində Avropanın ən güclü turnirini qazanan ilk Azərbaycan klubu kimi tarixə düşə bilməyib.





İranda keçirilən beynəlxalq boks turnirində Azərbaycan idmançısı Cəbi Sayılov bürünc medal qazanıb. Digər Azərbaycan boksçuları Ceyhun Əbiyev, Babək Rüstəmov və Tofiq Əhmədov isə finala vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin ediblər. Final qarşılaşmaları mayın 17-də keçiriləcək.





Azərbaycan bodibildinqçilər komandası Cənubi Qafqaz kubokunun qalibi olub.Tbilisidə keçirilən bu yarışda Azərbaycan idmançılarından Anatolu Məsimov və Rüstəm Ağayev öz çəkilərində qızıl, Mahmud Savalan isə gümüş medal qazanıb. Anatolu Məsimov mütləq çəkidə də bütün rəqiblərini geridə qoyaraq birinci olub.





Bazar günü Bakıda başa çatan Azərbaycan Gimnastika Federasiyasının kuboku uğrunda beynəlxalq turnirdə Dinarə Gimatova 2 bürünc medal qazanıb. 25 ölkədən 120-yə yaxın idmançınını qatıldığı turnirdə Azərbaycan bədii gimnastı Dinarə Gimatova lentlər və gürzlərlə hərəkətlərdə ikinci yeri tutub.





Mayın 16-da Azərbaycanın stend atıcıları Dünya kubokunun Roma mərhələsində yarışa qoşulub. Bu yarışda Azərbaycanı Zemfira Meftəhəddinova və Emin Cəfərov təmsil edir.





Həftəsonu kişilərdən ibarət Azərbaycan voleybol millisi Dünya Çempionatının birinci seçmə mərhələsində 3-cü olub. 4 komandanın yarışdığı qrupda Azərbaycan voleybolçuları Macarıstana 0-3, Sloveniyaya isə 1-3 hesabıyla məğlub olub. Yalnız Moldova yığmasını 3-1 yenən Azərbaycan voleybolçuları növbəti mərhələyə çıxa bilməyib.





Futbol üzrə 13-cü Azərbaycan çempionatında həftəsonu keçirilən 32-ci turun oyunlarından sonra lider yenə dəyişib. Səfərdə “Gəncə”ni 1-0 yenən “Neftçi” və öz evində birinci yerdəki “Qarabağı” 3-0 hesabıyla məğlub edən “Xəzər-Lənkəran” 72 xalla birinci-ikinci yerləri bölüşürlər. “Xəzər-Lənkəran”a yenilən “Qarabağ”, “MKT-Araz”ı 2-0 yenən “Karvan” və “Ədliyyə”ni 4 cavabsız qolla darmadağın edən “Turan” liderlərdən cəmi iki xal geri qalır. Digər oyunlarda “Gənclərbirliyi” “Bakılı”nı, “Şahdağ-Samur” isə “Göyəzən”i 3-1 hesabıyla məğlub edib. “İnter” “Bakı”ya 0-2, “Şəmkir” isə “Mərkəzi Ordu İdman Klubu”na 0-1 hesabıyla yenilib.
XS
SM
MD
LG