Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:03

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü neft gəlirlərinə nəzarət imkanı verəcəkmi?


Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır «Panorama»nın bu bazar qonağı Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırovdur.



Bu dəfə o, həftənin ən yadda qalan hadisəsi ilə bağlı sualları cavablandırır. Söhbətdə keçən verilişlərdə olduğu kimi «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Xalq qəzeti»nin əməkdaşı Qalib Arif də iştirak edir.



Söhbət əsasən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışından, onun iqtisadi-siyasi əhəmiyyətindən gedir. Bundan başqa, Azərbaycanın qoşulduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün əhaliyə neft gəlirlərinə nəzarət etməyə imkan verib-verməyəcəyi sualı ətrafında da müzakirələr aparılır.



Daha ətraflı Audio hissədə



Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2002-ci ilin sentyabr ayında İohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf üzrə Dünya Sammitində Böyük Britaniyanın baş naziri Toni Bler tərəfindən irəli sürülmüşdür. Məqsəd təbii ehtiyatlarından son dərəcə asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır.



2004-cü il may ayının 13-də Azərbaycanın 30-dan artıq QHT-si memorandum imzalayaraq ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzatəti təşkil və təmin etmək üçün "MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI" Koalisiyasında birləşdiklərini elan ediblər. Daha ətraflı: www.eiti-az.org
XS
SM
MD
LG