Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:34

«General Zakir Nəsirova qarşı ağır ittihamlar irəli sürülüb»


Səs: Real audio
Hacı Məmmədov istintaqa verdiyi ifadədə onun cinayətkar dəstəyə başçılıq etdiyini bildirib «Yeni Azərbaycan» qəzeti Azərbaycan Milli Məclisinin keçmiş sədri Yaqub Məmmədovla müsahibə dərc edib. Cənab Məmmədov hesab edir ki, «Azərbaycanda hər hansı inqilabın baş verməsi üçün zəmin yoxdur». Keçmiş spiker bildirib ki, dövlətçilik və milli maraqlara zərbə vuran çıxışlara yol verilməməlidir. O, hansı rəngdə olmasından asılı olmayaraq bütün inqilabların əleyhinədir. «Azərbaycan belə inqilabı 1992-93-cü illərdə yaşayıb. Həmin inqilab dövlətimizə və xalqımıza böyük zərbə vurdu. Ona görə də mən bunun təkrar olunmasının əleyhinəyəm».



«525-ci qəzet»dəki «General Zakir Nəsirova qarşı ağır ittihamlar irəli sürülüb» başlıqlı məqalədə yazılır ki, DİN-in keçmiş əməkdaşı Hacı Məmmədov istintaqa verdiyi ifadədə Zakir Nəsirovun cinayətkar dəstəyə başçılıq etdiyini bildirib. O, törətdiyi bütün cinayətlərlə bağlı əvvəlcə cənab Nəsirovla məsləhətləşdiyini söyləyib. Yazıda qeyd olunur ki, hazırda MTN-in istintaq təcridxanasında saxlanan Z.Nəsirova qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam oğurluğu maddələri ilə ittiham irəli sürülüb. Qəzet məlumatı MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin də təsdiqlədiyini yazır.



«Bakı-Xəbər» qəzetindəki «Madlen Olbrayt nefti xalqla bölüşdürməyi məsləhət gördü» başlıqlı məqalədə bildirilir ki, ABŞ-ın keçmiş dövlət katibi «neft Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir» söyləyib. Amma o, bunu da deyib ki, var-dövləti xalqın arasında bölüşdürmək lazımdır. Məqalədə bildirilir ki, bu sözləri belə anlamaq olar ki, xanım Olbrayt Azərbaycan neftinin yalnız bir qrup şəxsə məxsus olduğu qənaətindədir. ABŞ-ın keçmiş dövlət katibi buna eyham etməklə belə halların yolverilməz olduğuna toxunub. Bu günlərdə Bakıda səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan da «dünyanın malı dünyada qalacaq» deməklə hakimiyyətə oxşar məsləhət vermişdi.
XS
SM
MD
LG