Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:44
Rubrikalar

Komissiyaların tərkibində müəllimlərin olması düzgündürmü?


Səs: Real audio
Etibar Məmmədov: «Hüquq-mühafizə orqanlarının işi bəyanat vermək deyil» "Seçki qatarı"nda:



- Seçki komissiyalarında çalışan müəllimlərin problemlərini araşdıracaq;



- İmişlidən "seçki boxçası"na göz atacaq;



- Seçki komissiyalarında təmsil olunan vətəndaşların gözləntilərini dinləyəcək;



- Və "seçki" anlayışının tarixini biləcəksiz.



SEÇKİ KOMİSSİYALARINDA MÜƏLLİMLƏRİN OLMASI DÜZGÜNDÜRMÜ?



- Müxalifətin Mərkəzi Seçki Komissiyasındakı nümayəndələrinin hesablamalarına görə, Azərbaycanda seçki məntəqələrinin 70 faizə qədəri məktəblərdə və başqa təhsil müəssisələrində təşkil olunur. Bu məntəqələrə məktəb rəhbərliyində təmsil olunanlar başçılıq edir, seçki məmurlarınınsa əksəriyyəti elə həmin məktəblərin müəllimləri olur.



Aida xanım: "Müəllimlər bütün günü ayaq üstə qalırlar, işimizdən, gücümüzdəq oluruq... əlbəttə ki, böyüklər nə deyirsə, biz də onu edirik".



Aidə müəllimə ötən prezident seçkisində məntəqə seçki komissiyasının üzvü olub. Həmin məntəqənin sədri isə onun işlədiyi məktəbin direktoru imiş. Aidə müəllimə deyir ki, işini itirməmək xatirinə seçki günü direktorun dediklərini edib.



Qanun müəllimlərin seçki komissiyalarında işləməsinə qadağa qoymur.



Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədovun fikrincə, komissiyaların tərkibində müəllimlərin olması seçki prosesi üçün müsbət göstəricidir, çünki, onlar savadlıdırlar.



MSK katibi deyir ki, ötən prezident seçkisində qeydə alınan qanun pozuntularının əksəriyyəti protokolların düzgün tərtib olunmaması ilə bağlı olub. Seçkidə pozuntuların olmasının komissiya üzvünün ixtisası ilə əlaqəsi yoxdur.



MSK-nın müxalifətdən olan katibi Vidadi Mahmudlunun qənaətinə görə isə, elə seçki dairələri var ki, komissiya üzvlərinin 60-70 faizi məktəb müəllimləridir. Cənab Mahmudlu hesab edir ki, belə hallar korrupsiya haqqında qanunla qadağandır. Çünki, müəllimin üzv olduğu komissiyada məktəb direktoru sədr olur. Bu isə dövlət orqanlarında birgə iş deməkdir və qanunla korrupsiyaya şərait yaradan amildir.



Seçki komissiyalarının tərkibi əsasən 5 il müddətinə formalaşır. Seçki Məcəlləsinə bu il iyunun 28-də edilən əlavə və dəyişikliklərə görə, bundan sonra dairə seçki komissiyalarının daimi texniki işçiləri, kargüzarları, gözətçiləri olacaq.



İMİŞLİDƏ MƏSKUNLAŞAN KÖÇKÜNLƏR SEÇKİLƏRDƏN XƏBƏRSİZDİRLƏR



Fizulidən köçkün düşən Sakitin 17 yaşlı var. O, İmişlidəki "fin evləri" deyilən köçkün düşərgəsində yaşayır. Havalar isti keçdiyindən qamışdan və palçıqdan hörülmüş evlərdə yaşamaq çətinləşir. Buna görə də Sakit kimi bir çoxları evlərinə yatandan-yatana girir.



Burada bəzilərı seçkiqabağı vəziyyətdən demək olar ki, xəbərsizdirlər.



Fizuli köçkünü, 64 yaşlı Arif düşərgədə seçkilərlə bağlı heç bir maarifləndirmə işinin aparılmadığını və millət vəkillərindən heç kəsin şəhərciyə gəlib onlarla maraqlanmadığını deyir.



31 yaşlı Yusif də deyir ki, şəhərcikdə millət vəkilləri yalnız seçkilərdən bir müddət öncə görünürlər, seçkilərdən sonra isə buralara nadir hallarda baş vururlar.



İmişli şəhəri Araz çayının sol sahilində, Mil düzündədir. Rayonda hazırda 128 (127.7) minə yaxın əhali yaşayır. Yaşam səviyəsinə gəlincə isə, sakinlər arasında fikir ayrılığı mövcuddur.



İki uşaq atası 43 yaşlı Qədir deyir ki, onun üçün İmişlidə ailəni dolandırmaq çətindir.



Kərim Məmmədov işsizdir. O, İmişlinin əsas problemini işsizlikdə görür.

XS
SM
MD
LG