Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:49
Rubrikalar

Ayaz Mütəllibov və Rəsul Quliyevin seçkilərdə iştirakı


Səs: Real audio
Merabi Cibutianın qeyri-hökumət təşkilatına rəhbərlik etməsi də təkzib edildi "Seçki Qatarı"nda:



- Siyasi mühacirlərin seckidə iştirakı məsələsini araşdıracaq;



- Şəkidən gələn "seçki boxçası"na göz atacağıq.



AYAZ MÜTƏLLİBOV VƏ RƏSUL QULİYEV SEÇKİLƏRDƏ İŞTİRAK EDƏ BİLƏR, AMMA...



“Ayaz Mütəllibov və Rəsul Quliyevin parlament seçkilərində iştirakına heç bir maneə yoxdur. Amma onlar Azərbaycana gələn kimi axtarışda olan şəxs qismində həbs ediləcəklər. Buna məhkəmənin qərarları əsas verir». Bu fikri bir müddət əvvəl baş prokuror Zakir Qaralov səsləndirmişdi.



Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Müzəffər Baxışov deyir ki, seçkilərdə iştirak etmək üçün siyasi mühacirlərin Azərbaycana gəlməsinə ehtiyac yoxdur, onlar seçkiyə hazırlığı səlahiyyətli nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Seçki Məcəlləsinin 52-ci maddəsi buna tam imkan verir.



Mərkəzi Seçki Komissiyası (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva da bu fikirlə razıdır. Onun sözlərinə görə, bununla belə namizəd seçki hesabı açmaq və bildiriş almaq üçün dairə seçki komissiyasına şəxsən müraciət etməlidir.



Seçki Məcəlləsi və Konstitusiyanın 103-cü maddəsinə görə, ikili vətəndaşlığı və başqa ölkə qarşısında öhdəliyi olan şəxslər parlament seçkisində iştirak edə bilməzlər. 103-cü maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Azərbaycan vətəndaşı başqa ölkədə uzun müddət yaşayırsa, orada qeydiyyatdadırsa və vergi ödəyirsə, onun həmin ölkə qarşısında öhdəliyi var.



Ayaz Mütəllibovun rəhbərlik etdiyi Sosial Demokrat partiyasının həmsədri Araz Əlizadə isə iddia edir ki, Ayaz Mütəllibovun heç bir ölkə qarşısında öhdəliyi yoxdur. Onun sözlərinə görə, Ayaz Mütəllibov Rusiyada vergi ödəmir, Moskvada daimi qeydiyyatda deyil, onun bu ölkədə uzun müddət yaşaması isə özündən asılı olmayan səbəblərlə bağlıdır.



Rəsul Quliyevin parlament seçkilərində səlahiyyətli nümayəndəsi Faiq Rzayev də deyir ki, Rəsul Quliyev hazırda Amerikada Milli Məclisin ona ömürlük verdiyi diplomatik pasportla yaşayır və onun başqa ölkə qarşısında öhdəliyi yoxdur. Onun sözlərinə görə, bu məsələ ilə bağlı maneə yaranarsa, onlar beynəlxalq məhkəmələrə üz tutacaqlar.



Rəsul Quliyev və Ayaz Mütəllibovun şəxsiyyət vəsiqəsinin olmaması da onların qeydiyyatında əngəl yarada bilər. Çünki, Seçki Məcəlləsinə görə, namizədliyin qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi və ya «forma-7» tələb olunur.



Daxili İşlər Nazirliyindən isə bildirirlər ki, həmin sənəd yalnız vətəndaşın özünə verilir. Amma Rəsul Quliyevin nümayəndəsi Faiq Rzayev ADP sədri üçün şəxsiyyət vəsiqəsini Azərbaycanın ABŞ-dakı səfirliyi vasitəsilə almaq üçün müraciət etdiklərini deyir. Ayaz Mütəllibov isə şəxsiyyət vəsiqəsini Azərbaycan Daxili İşlər Nazirliyinin Moskvadakı Pasport Qeydiyyatı İdarəsindən almağı planlaşdırır.



Seçki Məcəlləsinin 70-cı maddəsinə görə, deputatlığa namizəd kimi qeydə alınan şəxs ancaq prokurorun icazəsi ilə məsuliyyətə cəlb oluna bilər.



Baş prokuror Zakir Qaralovsa artıq Ayaz Mütəllibov və Rəsul Quliyevin Azərbaycana gələn kimi həbs olunacağını deyib. Cənab Qaralov bildirir ki, onların barəsində cinayət işi namizədlik irəli sürməmişdən əvvəl açılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Başqa sözlə, digər namizədlərə verilən toxunulmazlıq hüququ Ayaz Mütəllibova və Rəsul Quliyevə verilməyəcək.



Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, həmin şəxslər haqqında olan həbs qətimkan tədbirini ləğv etmək və ya dəyişdirmək ancaq baş prokuror və ya həmin işi nəzarətdə saxlayan prokurorun
XS
SM
MD
LG