Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:58
Rubrikalar

Taekvandoçular 3-cü oldular


Səs: Real audio
"McDermott" şirkətinin bir bir qrup işçisi «Azadlıq» blokunun noyabrın 26–da keçirdiyi mitinqdə adlarının çəkilməsinə etiraz bildirən bəyanat yayıb - Azərbaycanın kişilərdən ibarət taekvando komandası MDB, Baltikyanı və Şərqi Avropa ölkələrinin açıq çempionatında Ermənistan yığmasına qalib gələrək bürünc medal qazanıb.



Elnur Amanov (58 kq), Fuad Nuriyev (68 kq), Rəşad Əhmədov (80 kq) və Ruslan İbrahimovdan (+80 kq) ibarət Azərbaycan yığması Abxaziya, Qazaxıstan, Almaniya və Litva idmançılarına qalib gəlsələr də, yarımfinalda Rusiyaya yenilib. Üçüncü yer uğrunda qarşılaşmada isə Ermənistan yığmasını məğlub edərək 3-cü yeri tutub.



- Rusiyada–Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilk mərhələnin 2-ci oyununda da argentinalı Dieqo Floresə qalib gələrək növbəti mərhələyə adlayıb. İlk oyunda qazaxıstanlı Nurlan İbrayevə uduzan Şəhriyar Məmmədyarov isə 2-ci oyunda qalib gəlməklə hesabı bərabərləşdirib və "blits" oyunda qazandığı qələbəylə növbəti mərhələyə çıxıb.



Uduş fondu təxminən 1.5 milyon dollar olan Dünya Kuboku turnirində 46 ölkədən 128 şahmatçı yarışır. İlk 5 yeri tutan şahmatçılar dünya çempionu titulu uğrunda mübarizəyə çağırılacaqlar.



- Həftəsonu kişilər arasında gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb. Mərkəzi Ordu İdman Klubunu təmsil edən Teymur Şahlamazov ikinci il dalbadal Azərbaycan çempionu adını qazanıb.



- Azərbaycan gimnastı Anna Qurbanova İtaliyada başa çatan beynəlxalq turnirdə gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb. "Spoleto Cup" adlanan yarışda Qurbanova iplə və topla hərəkətlərdə və çoxnövçülükdə ikinci yerlə kifayətlənib.



- Qazaxıstanda keçirilən bilyard üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Seymur Məmmədov "pley-off" mərhələsinə vəziqə qazanıb. Seymur Ağayev isə mübarizəni təsnifat mərhələsində dayandırıb.



- Azərbaycanın qadın həndbol yığması 2006-cı il Avropa çempionatına vəsiqə qazana bilməyib. Həftəsonu Portuqaliyada başa çatan təsnifat oyunlarında Azərbaycan həndbolçuları Yunanıstan və Finlandiyaya qalib gəlsə də, Litva və Slovakiyaya uduzublar.
XS
SM
MD
LG