Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:51

BTC insan haqlarına qarşı


Səs: Real audio
Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq Azərbaycanda işləyən "McDermott" neft şirkətində tətil edən yerli işçilərin bir şikayəti də həmkarlar təşkilatının olmamasından idi. "McDermott"un rəsmisi isə bildirirdi ki, nə vaxt yaratdılar, biz qoymadıq?!



Mətbuatda həmkarlar təşkilatının olmamasında əsasən xarici şirkətlərin özlərini günahlandırırlar. Yəni həmin şirkətlərin yerli fəhlələrə hansısa güzəştlər verməkdə maraqlı olmadığı bildirilir.



Amma bu məsələdə fəhlələrin passivliyini önə çəkənlər də var. Bu da onunla əsaslandırılır ki, müxtəlif çətinliklərlə xarici şirkətə işə düzələn fəhlə hansısa qrupa qoşulmaqdan və ya üzləşdiyi haqsızlığa açıq etiraz etməkdən qorxur.



Azərbaycan QHT Koalisiyasının koordinatoru Sabit Bağırov hesab edir ki, bütün şirkətlərdə həmkarlar təşkilatları var. Alternativ qurumların yaradılması isə şirkətlərdəki işçilərin öz təşəbbüsündən asılıdır.



Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevsə deyir ki, həmkarlar təşkilatının olmasını ilk növbədə xarici neft şirkətlərinin özləri istəmir. Onlar üzdə həmkarlar təşkilatının tərəfdarı olduqlarını bildirsələr də, daxildə siyasət elə qurulur ki, fəhlə öz hüqüqları ilə bağlı addım atmaqda ehtiyatlanır.



Həmkarlar təşkilatlarının yaradılmasıyla bağlı bəzi xarici şirkətlərə təzyiq göstərməyin çətin olduğunu deyən Cahangir Əliyevin sözlərinə görə, çox şey həmin şirkətlərdə çalışan işçilərin fəallığından asılıdır.



Neftçilərin Hüquqularını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, burda neft müqavilələrinin bağlanmasından sonra Əmək Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edən hökumət də günahkardır. Çünki həmin dəyişikliklər həmkarlar təşkilatlarının fəaliyyətini xeyli məhdudlaşdırıb.





"McDermott"da fəhlələrin tətilinə toxunan Mirvari Qəhrəmanlı deyir ki, KİV bu məsələni ictimailəşdirəndən sonra həmkarlar təşkilatları işə müdaxilə etdi. İlk günlərdə isə onların fəaliyyəti ümumiyyətlə, gözə çarpmırdı. Bundan əvvəl BTC-nin Kürdəmir ərazisində də fəhlələrin oxşar problemlə üzləşdiyini xatırladan Mirvari Qəhrəmanlı deyir ki, o vaxt həmkarlar təşkilatları ciddi attımlar atsaydı, indi xarici şirkətlərdə fəhlələr ayrıseçkiliyə məruz qalmazdı.
XS
SM
MD
LG