Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

İlham Əliyev: «İnqilab iki halda baş verir»


Səs: Real audio
Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə mavinlər seçiliblər «Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar «Praqa prosesi» çərçivəsində gedir. Bu isə Azərbaycanın istədiyi «mərhələli həll» deməkdir» - prezident İlham Əliyev yeni seçilmiş parlamentni ilk iclasında çıxış edərkən belə söyləyib. Onun sözlərinə görə, 10 idən artıq danışqların davam etdirilməsi Ermənistan üçün ən böyıük güzəştdir: «Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq».



Cənab Əliyev bildirib ki, Azərbaycan artıq regionun ən güclü dövlətinə çevrilib və burda baş verən istənilən siyasi və iqtisadi məsələ Bakının razılığı olmadan reallaşdırıla bilməz.



Ölkə başçısı həmçinin inqilab məsələsinə də toxunaraq bu iki halda baş verir söyləyib. «Birincisi, ölkədə güclü müxalifət olur, ikincisi isə bu, sosial sifarişə çevrilir. Bunun heç biri isə Azərbaycanda yoxdur» - deyə, o, vurğulayıb.
XS
SM
MD
LG