Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:36
Rubrikalar

Büdcə daxilolmaları 40 faiz artıb


Səs: Real audio
Potensial zorakılıq olan aksiyalarda belə... - İlkin göstəriciliərə görə, son 11 ayda vergi daxilolmaları üzrə proqnoz 100.1 faiz icra olunub. Bununla da dövlət büdcəsinə 6 trilyon 382 milyard manat vəsait ödənilib. Vergilər Nazirliyinin məlumatına görə, 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 40 faiz çox vergi və rüsum keçirilib.



- Vəzifəli şəxslərin gəliri və onların istifadəsi ilə bağlı Vergilər, Ədliyyə və Maliyyə nazirliklərinin birgə hazırladığı bəyannamə formaları Nazirlər Kabinetinə təqdim olunub. Vergilər nazirinin müavini Natiq Əmirov deyir ki, yüksək vəzifəli məmurlar gəlirləri ilə bağlı bəyannaməni Anti-Korrupsiya Komissiyasına təqdim edəcəklər. Gəlir bəyannaməsində məmurların maliyyə mənbələri, daşınan və daşınmaz əmlakları haqda məlumat veriləcək.



- Milli Bankın verdiyi məlumata görə, dekabrın 5-də 1 ABŞ dolları 4 592, 1 avro 5 383, 1 rus rublu isə 159 manat olub.
XS
SM
MD
LG