Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:50

Andres Herkel: «Azərbaycanla münasibətlər kritik nöqtəyə çatıb»<p align=`left`><br><br>


Səs: Real audio
«Keçmiş «Qələbə» kinoteatrının qarşısında dinc mitinqçilərə qarşı qəddarlıq nümayiş etdirilib» Azərbaycanın Avropa Şurası ilə gələcək münasibətləri ciddi sınaq qarşısındadır. Monitorinq Komitəsinin üzvü, Azərbaycan üzrə həmmərüzəçi Andres Herkel «Azadlıq» radiosuna verdiyi müsahibəsində deyir ki, 6 noyabr parlament seçkisindən sonra şuranın Azərbaycanla münasibətləri ən kritik nöqtəyə çatıb.



Vəziyyətdən çıxış yolları dekabrın 15-də Parisdə Avropa Şurası Monitorinq Komitəsinin toplantısında araşdırılacaq. İclasda Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunacaq. Komitənin Azərbaycan üzrə həmmərüzəçiləri Andreas Qross və Andres Herkelin hesabatı dinləniləcək. Həmməruzəçilər Bakıya dekabrın ilk həftəsində etdikləri səfərin yekunları, seçkisonrası vəziyyət, MSK-a və Konstitusiya Məhkəməsinin şikayət və pozuntuları necə araşdırması ilə bağlı məlumat verəcəklər.



Həmməruzəçilərin gəldiyi bəzi nəticələr barədə Andres Herkel bunları bildirir: «Bəzi dairələrdə təkrar səsvermənin keçirilməsi pozuntuların çoxluğu ilə yox, bu dairələrin bəzilərində müxalifətdən olan namizədlərin qalib gəlməsi ilə bağlıdır. Vəziyyət çox mürəkkəbdir. Bura noyabrın 26-dakı hadisəni də əlavə etmək lazımdır. Keçmiş «Qələbə» kinoteatrının qarşısında dinc mitinqçilərə qarşı qəddarlıq nümayiş etdirilib. Bu məsələlər komitənin toplantısında müzakirə olunacaq».



Cənab Herkel bildirir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına göndərəcəyi yeni nümayəndə heyətinin mandatı məsələsi də açıq qalır.



Assambleyanın iyun qətnaməsində qeyd edilir ki, Azərbaycandakı növbəti seçkilər beynəlxalq standartlara uyğun gəlməsə, qurum yeni nümayəndə heyətinin mandatını təsdiq etməyəcək. A.Herkel məsələ ilə bağlı ümümi rəy formalaşdırmaq üçün bu gün Andreas Qrossla görüşüb müzakirə aparacağını dedi.



Monitorinq Komitəsinin Paris toplantısında Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə Missiyasının rəhbəri Leo Platvoet də iştirak edəcək. «Azadlıq» radiosunun Avropa Şurasındakı mənbələrdən əldə etdiyi məlumata görə, Monitorinq Komitəsinin toplantısında Azərbaycanla bağlı qətnamənin qəbul olunacağı gözlənilir.
XS
SM
MD
LG