Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:49
Rubrikalar

Gürcüstan «Şahdəniz»dən daha çox qaz istəyir


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir - Noyabrın 30-dan dekabrın 15-dək Azərbaycanda olan Beynəlxalq Valyuta Fondunun ekspertləri səfərlərinin yekunu kimi hesabatlarını açıqlayıblar. Ekspertlər həmçinin tövsiyələrini də təqdim ediblər. Fond tövsiyə edir ki, iki dövlət bankı özəlləşdirilsin və bank sistemi möhkəmləndirilsin, dövlət müəssisələrinin idarə edilməsi yaxşılaşdırılsın, enerji subsidiyaları tədricən ünvanlı yardımlarla əvəzlənsin.



Bundan başqa, ekspertlər yeni investisiya və anti-monopoliya qanunvericiliyi vasitəsilə işgüzar mühitin, gömrük idarəetməsinin yaxşılaşdırılmasını lazımlı bilirlər. Tövsiyələr arasında antikorrupsiya ilə bağlı qanunun icrasını təmin etməklə yanaşı, çirkli pulların yuyulması əleyhinə qanunvericilik bazasının hazırlanması da var. Eyni zamanda Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqların davam etdirilməsi və Hesablama Palatasının fəaliyyətinin möhkəmləndirilməsi məsləhət olunur.



- Gürcüstan nümayəndə heyətinin Bakıya səfərinin məqsədlərindən biri qaz nəqli ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaqdır. Bu məqsədlə energetika naziri Nika Gilauri də Bakıya gəlib.



Bu haqda Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili dekabrın 22-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib. O, Gürcüstanın tranzit ölkə kimi «Şahdəniz» layihəsindən əlavə qaz almağa və həmçinin İran qazının Azərbaycan vasitəsilə Gürcüstana nəqlinə ümid etdiyini bildirib. Azərbaycanın "Şahdəniz" yatağından çıxarılacaq təbii qazın Gürcüstan ərazisi ilə Avropaya nəqli nəzərdə tutulur.



- Milli Bankın dekabrın 23-ə olan məlumatına görə, 1 Amerika dolları 4 590, 1 avro 5 433, 1 rus rublu 159 manatdır.
XS
SM
MD
LG