Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:17
Rubrikalar

Bakı-Sverdlovsk qatar marşrutu Tümen şəhərinə kimi uzadıla bilər


Səs: Real audio
Jurnalistlərsə aksiyanı keçirəcəklərini bildirirlər - Azərbaycan və Rusiyanın dəmiryol idarələrinin rəsmiləri Bakı-Novosibirsk marşrutu üzrə ikinci sərnişin qatarının xəttə buraxılması, eləcə də Bakı-Sverdlovsk qatar marşrutunun Tümen şəhərinə kimi uzadılması barədə danışıqlar aparırlar.



- «Eurasia View» İnternet məcmuəsi yazır ki, Hollandiyanın «Azpetrol International Holdings» şirkətinin «Azpetrol»da təsisçilik hüququnun ləğvi Azərbaycana xarici sərmayələri azalda bilər. Məcmuəyə görə, Azərbaycan məhkəməsinin bu qərarı artıq bəzi xarici iş adamlarını vadar edib ki, sahibləri «Azpetrol»un rəhbəri Rafiq Əliyev və onun qardaşı Fərhad Əliyevlə yaxın olan müəssisələrə investisiya qoymaqdan çəkinsinlər. Rafiq Əliyev qaçaqmalçılıqda, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev isə hakimiyyəti zorla ələ keçirməyə cəhddə günahlandırılaraq həbs edilib.



- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan isə bildiriblər ki, 2006-cı ildə Fondun həmtəşkilatçılığı ilə Azərbaycanda və xarici ölkələrdə 15-dən çox biznes forumu təşkil olunacaq. Xarici iş adamlarının da iştirak edəcəyi bu tədbirlərdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı, sərmayə qoyuluşu ilə bağlı əməkdaşlıq imkanları araşdırılacaq. Fondun prezidenti Emil Məcidovun sözlərinə görə, xarici şirkətlər, beynəlxalq maliyyə qurumları Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyə böyük maraq göstərirlər.



- Yanvarın 11-ə olan məlumata görə, Milli Bankda 1 dollar 91 qəpik, 1 avro 1 manat 11 qəpik, 1 rubl isə 3 qəpikdir.
XS
SM
MD
LG