Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:53

HRW: «Siyasi məhbuslar Azərbaycanda problem olaraq qalır»<p align=`left`><br><br>


Səs: Real audio
"Human Rights Watch" yeni hesabat yayıb "Human Rights Watch" insan haqları təşkilatının illik hesabatında bildirilir ki, Azərbaycan hökuməti uzun müddət müxalifət partiyalarına, vətəndaş cəmiyyəti qruplarına təzyiq göstərib. 2005-ci il noyabr seçkiləri ərəfəsində bu təzyiq intensivləşib, baxmayaraq ki, beynəlxalq ictimaiyyət Azərbaycanı beynəlxalq insan haqları standartlarına əməl etməyə həvəsləndirməyə çalışıb:



"Azərbaycanda bir saxta seçkilər tarixçəsi var. 2005-ci ildə müxalif partiya üzvlərinin qorxudulması, seçki komissiyalarının hökumətin nəzarətində olması parlament seçkisinin azad və ədalətli keçməyəcəyini əvvəlcədən əsaslandırıb. Seçki prosesini yaxşılaşdırmağa yönəlmiş addımlarsa – barmaqların mürəkkəblə işarələnməsi, xaricdən maliyyələşən QHT-lərin seçkini müşahidəsinə qoyulmuş qadağanın götürülməsi də səmərə verməyib, çünki onlar seçki kampaniyasının sonunda tətbiq olunub".



"Human Rights Watch"un hesabatında daha sonra deyilir ki, seçki kampaniyası dövründə hakimiyyət sərbəst toplaşma azadlığını məhdudlaşdırıb, şəhər mərkəzlərində yürüş keçirilməsinə icazə verməyib. Hökumət işçilərinin, xüsusilə də müəllimlərin hakim YAP-ın toplantılarında iştirak etməsi üçün onlara təzyiq edilib. İki ayrı-ayrı iddia olunan dövlət çevrilişi cəhdləri belə bir narahatlıq yaradıb ki, hökumət bundan müxalifətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.



"Human Rights Watch" Azərbaycanda dövlətin – polisin, təhlükəsizlik qüvvələrinin işgəncədən geniş istifadə etdiyini bildirir. Deyilir ki, xüsusilə həbsdən əvvəl müxtəlif işgəncə formaları yayılıb – elektroşok, zorlama, ailə üzvlərinin qorxudulması. Hökumət isə belə hallara yol verən rəsmilərə qarşı tədbir görmür, əksinə, işgəncələrdən istifadəylə tanınan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Vilayət Eyvazov 2005-ci ilin aprelində daxili işlər nazirinin müavini təyin olunub.



"Human Rights Watch" Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı daha bir neçə məqama da toxunur:



- Siyasi məhbuslar məsələsi Azərbaycanda uzunmüddətli problem olaraq qalır;



- Hökumət onu tənqid edən xəbərlərin ictimaiyyətə çatmaması üçün müxtəlif qeyri-rəsmi vasitələrdən istifadə edir;



- Bir sıra QHT-lərin qeydiyyatı kiçik texniki səbəblərdən yubanır.



"Human Rights Watch" bildirir ki, Birləşmiş Ştatların Azərbaycanla bağlı siyasəti hərbi əməkdaşlıq və neft maraqlarına əsaslanır. ABŞ parlament seçkilərini tənqid etsə də, seçki günü pozuntuları araşdırmaq üçün Azərbaycana təzyiq göstərsə də, seçkiöncəsi pozuntulara ardıcıl reaksiya verməyib, bəzənsə zəif mövqe tutub.
XS
SM
MD
LG