Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:50

Millətdən çox alan millət vəkili


Səs: Real audio
Prezident İlham Əliyev vəziyyətin çox ağır və yaxud da çətin olduğunu bildirib "Mən də bu hökumətə işləmişəm, o dövlət qulluqçuları da. Niyə mənimlə onun arasında fərq qoyurlar. Bu, ədalətsizlikdir..."



Bunu 36 il orta məktəbdə müəllim işləmiş təqaüdçü Aidə Həsənova deyir.



Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə aldığı təqaüddən şikayətlənmir: "Məsələn, mən gedib Las-Veqasda boks yarışlarına baxmıram. Mənim təqaüdüm ona çatmaz. Amma Azərbaycanda geyim-keçim, yemək-içməyimi təmin edən təqaüd alıram. Ona görə razıyam..."



Həm Aidə xanım, həm də Vəfa Quluzadə deyir ki, onlar bu dövlət üçün çox iş görüblər, belə demək mümkünsə, xalq yolunda can qoyublar. Amma Vəfa Quluzadədən fərqli olaraq, Aidə müəllimə ona kəsilən pensiyadan narazıdır. Deyir ki, 36 il hökumətə qulluq edib, indi ona hökumət cəmi 125 min manat pensiya verir.



Azərbaycanda dövlət qulluqçularının, deputatların pensiyaları adi vətəndaşlarınkından fərqli hesablanır. Deputatlar və məmurların pensiyası indiyə qədər ayrı-ayrı qanunlarla tənzimlənirdi. Bu qanunlarda deyilirdi ki, məmurlar və deputatların pensiyası əmək haqqının 80 faizi həcmində hesablanmalıdır.



İndi parlamentdə «Əmək pensiyaları haqqında» qanun müzakirə edilir. Orada məmur və deputatlarla bağlı məsələlər dəyişdirilməyib. Qanun qüvvəyə minsə, əvvəlki kimi deputatlar pensiyaya çıxanda, maaşının 80 faizi həcmində – 880 dollar pensiya alacaqlar. Yəni, 50-60 il hökumətə işləmiş sadə vətəndaşdan qat-qat artıq. Tutduğu postunda 15 ildən artıq qalan məmurlara da maaşın 80 faizini həcmində təqaüd ayrılacaq. Amma hələ ki, bu qanun layihəsi müzakirə mərhələsindədir.



Deputat Əli Məsimov hesab edir ki, pensiyaların bu cür bölüşdürülməsi sosial ədalətsizlikdir. Onun fikrincə, belə bölgüdə məmur və deputatla adi vətəndaşın pensiyası arasında ciddi fərq əmələ gəlir.



Parlamentin başqa bir deputatı, bu qanunun müəlliflərindən biri – Hadı Rəcəbli isə Əli Məsimovun bu fikirləri ilə razılaşmır, deyir ki, dünyanın hər yerində deputatların da, məmurların da pensiyası sadə vətəndaşların pensiyasından artıqdır. Onun sözlərinə görə, bu pul deputatlara və məmurlara ona görə verilir ki, yaxşı işləsinlər.



Əli Məsimov isə deyir ki, əgər məmurlara və deputatlara bu qədər pensiya verilirsə, onda sadə vətəndaşların pensiyası heç olmasa, bu məbləğə yaxınlaşdırılsın. O təklif edir ki, bütün işləyənlərin pensiyası əmək haqqının 80 faizi həcmində hesablansın. Ya da ki, minimum pensiyalar heç olmasa, yaşayış minimumuna yaxınlaşdırılsın. İndi Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycanda yaşayış minimumunun 500 min manat həcmində olduğunu deyir, ən aşağı pensiya isə bundan təqribən 4 dəfə az – 125 min manatdır.



İqtisadçı ekspert Rövşən Ağayev razılaşır ki, məmurlar və deputatlar yaxşı yaşamalıdırlar, onların pensiyası dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yüksək olmalıdır. Amma Rövşən Ağayev deyir ki, belə olan halda Azərbaycanda da hər yerdə olduğu kimi, dövlət qulluqçularının maaşı ilə sadə vətəndaşların maaşı arasında fərq azaldılmalıdır.



İndi Azərbaycanda təqribən 1 milyon 400 min nəfərə qədər adam pensiya alır. Onların təqribən 720 min nəfərinin pensiyası 125 min manatdır, yəni yoxsulluq həddindən aşağıdır. Hökumət ilin sonuna qədər bu rəqəmi 200 min manata qaldırmağa söz verib, onda pensiyaçının gününə 1.5 dollar düşəcək. Amma bu artım da pensiyaçının üstündən «yoxsul» adını götürə bilməyəcək. Bunun üçün pensiyaçıya gündə heç olmasa, 2 dollar verilməlidir.
XS
SM
MD
LG