Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

Bakıda marşrut sürücüləri tətil edirlər


Səs: Real audio
Sərnişindaşımada qiymətlərin qaldırılmamasına etiraz edən Bakıda 160 nömrəli marşrutun sürücüləri fevralın 1-də tətilə başlayıblar. Onlar tətili qiymətlər qaldırılanacan davam etdirmək niyyətindədirlər 160 saylı marşrut Əzizbəyov-Binə-Hövsan marşrutu üzrə işləyir. Avtobuslar isə "Ayşən LTD" şirkətinə məxsusdur.



Şirkətdən verilən məlumata görə, sürücülər tətili dayandırmasalar, rəhbərlik onları başqaları ilə əvəzləyəcək.



İqtisadi inkişaf naziri Heydər Babayevə istinadən «AzərTAc» xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin nəqliyyatda gediş haqlarının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin isə rabitə tariflərinin dəyişdirilməsi barədə təkliflərinə Tarif Şurasının gələn həftə keçiriləcək iclasında baxılacaq.



Nazir bildirib ki, qiymət artırılmasına dair «Azərbaycan Hava Yolları» Dövlət Konserninin də təklifi olarsa, bu da müzakirə edilə bilər.
XS
SM
MD
LG