Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:22

Azərbaycanda AES tikilə bilər


Səs: Real audio
Sərnişindaşımada qiymətlərin qaldırılmamasına etiraz edən Bakıda 160 nömrəli marşrutun sürücüləri fevralın 1-də tətilə başlayıblar. Onlar tətili qiymətlər qaldırılanacan davam etdirmək niyyətindədirlər Bakı bununla bağlı MAQATE ilə müştərək layihə həyata keçirir



Bəzi alimlər Azərbaycanda atom elektrik stansiyasının tikilməsini vacib sayırlar. Baxmayaraq ki, keçmiş Sovet ölkələrində bir çox insanlar atom elektrik stansiyalarının təhlükəsizliyinə şübhə ilə yanaşırlar. Bu da 20 il əvvəl Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzayla bağlıdır.



Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru, professor Adil Qəribov deyir ki, külək və günəş enerjisi istehsalı sistemləri heç bir ölkədə əsas enerji mənbəyi deyil. Bu cür alınan enerji baha başa gəlir və böyük həcmdə elektrik enerjisi almaq baxımından əlverişli deyil. Halbuki gücü 2000 meqavat olan bir orta ölçülü atom elektrik stansiyası Azərbaycanın enerjiyə olan tələbatının 40 faizini ödəyə bilərdi.



Adil Qəribov hesab edir ki, 2013-cü ildən sonra, yəni "Əsrin müqaviləsi" üzrə çıxarılan neft azalmağa başlayanda, Azərbaycanda mütləq atom elektrik stansiyasının tikintisinə başlamaq lazımdır.



Adil Qəribovun fikrincə, gələcəkdə – 30-40 il sonra Azərbaycanda yeni reaktorlar da tikmək və ölkənin enerjiyə olan tələbatının 90 faizini nüvə enerjisi hesabına ödəmək olar.



Azərbaycanda nüvə stansiyalarının vacibliyi barədə fikirlər yalnız bir qrup alimin şəxsi təşəbbüsü deyil. İndi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik [MAQATE] və Azərbaycanın Sənaye və Energetika Nazirliyi müştərək layihə həyata keçirir. Layihə belə adlanır – "Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması".



MAQATE-də Azərbaycan üzrə layihələrin koordinatoru Andrey Çupov deyir ki, məqsəd gələcəkdə hansı enerji mənbələrinin Azərbaycana daha uyğun olmasını araşdırmaqdır:



"Həmin layihədə bütün enerji mənbələri, o cümlədən nüvə enerjisi nəzərdən keçirilir. Layihədə 2025-ci ilə qədər Azərbaycanın enerjiyə olan tələbatı və bu tələbatın mümkün ödənilməsi yolları araşdırılır. Həmçinin bu mümkün enerji mənbələrinin ətraf mühitə təsiri öyrənilir. Bizim istəyimiz müəyyən bir planın, daha dəqiqi, gələcək üçün bir proqnozun hazırlanmasıdır".



Andrey Çupov layihəyə əsasən yerli alimlərin cəlb edildiyini deyir. Hətta bununla bağlı Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət əlaqələndirici komissiya da yaradılıb. Professor Adil Qəribov da komissiyanın üzvlərindən biridir.



Ümumiyyətlə, Azərbaycanda atom elektrik stansiyasının tikilməsi ideyası yeni deyil. Sovet dövründə də belə bir fikir olub və hətta tikinti işlərinə başlayıb. Əli Bayramlı rayonunda Nəvayi bölgəsində bəzi yardımçı binalar tikilib. Amma 1987-ci ildə tikinti dayandırılıb. Həmin layihədə baş energetik işləmiş Kazım Əliyev deyir ki, tikinti işləri çox aşağı keyfiyyətdə görülürmüş.



Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə deyir ki, indinin özündə də bir çox dövlət məmurları ətraf mühitin qorunmasına barmaqarası baxırlar və o, belə bir şəraitdə atom elektrik stansiyasının tikintisinə tərəfdar deyil.



Telman Zeynalov deyir ki, atom elektrik stansiyasını hətta xarici mütəxəssislər tiksə belə, onu idarə edənlər yerli mütəxəssislər olacaq. Və o, Azərbaycanda idarəçilik sahəsində mövcud olan çoxsaylı problemlərə görə yerli mütəxəssislərin təhlükəsizlik qaydalarına tam əməl edəcəyinə o qəd
XS
SM
MD
LG