Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:59

Əsirlikdən məhbəsə...


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Hərbi əsirlərin bir qismi uzunmüddətli cəza alır



Hikmət Tağıyev ötən ilin fevralında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində qarşı tərəfə əsir düşüb. Düzdür, Hikmət Tağıyev ötən ilin aprelində Azərbaycana qaytarılıb. Amma o, müəyyən yoxlamadan keçəndən sonra həbs edilib, 14 il azadlıqdan məhrumetmə cəzası alıb.



Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı nümayəndəliyindən Gülnaz Hacıyeva isə deyir ki, onlar azərbaycanlı hərbiçilərin əsirlikdən qayıtdıqdan sonra həbs olunması faktlarına görə təəssüflənirlər



Hikmət Tağıyevlə eyni vaxtda əsir düşən Xəyal Abdullayev və Ruslan Bəkirov da 14 il cəza alıblar. Sıralamanı siyahıdakı adların çoxluğu üzündən davam etdirmirəm.



Əsirlikdən dönən hərbiçilərə açılan cinayət işləri ilə bağlı yerli və beynəlxalq rəydə müəyyən iradlar var. Məsələn, yerli mətbuatın yazdığına görə, bu məsələnin AŞPA-nın müvafiq komissiyasında da müzakirəsi olacaq.



Hərbi Əsirlər və Girovların İşi üzrə Beynəlxalq İşçi Qrupunun nümayəndələri, yerli hüquq müdafiəçiləri hesab edirlər ki, əsirlikdən qayıtdıqdan sonrakı yoxlamalar – testlərdə hərbiçilər onlara ünvanlanan sualları bu sahədə lazımınca bilikləri olmadığı üçün cavablandıra bilmirlər və necə deyərlər, «ilişirlər». Bu səbəbdən də bu insanlarla bağlı məhkəmə istintaqı, yekun olaraq isə məhkəmə qərarı qeyri-obyektiv olur.



Azərbaycanın rəsmi dövlət orqanları bu mövqeyi birmənalı rədd edirlər. Və deyirlər ki, tutulanların hamısı cinayətkardır. Onların arasında cinayət törədənlərin olması faktını inkar etmirəm. Amma şübhə doğuran başqa bir məqam var.



Məsələn, sıradan bir cinayəti törətmiş şəxslə fiziki və əqli qüsurları ola-ola hərbi xidmətə çağırılıb ön cəbhəyə göndərilən, sonra da istintaq materiallarına əsaslansaq, məlumatsızlıq üzündən əsir düşən, Bakıya qayıdandan sonra isə dövlətə xəyanətdə günahlandırılan əsgərə eyni müddətli cəza verilir. Onların əsir düşmə şəraiti müxtəlif olsa da, Cinayət Məcəlləsi ilə ittiham edildikləri maddələr eynidir.



Sonradan isə dövlətə xəyanət maddəsinə amnistiya tətbiq edilmədiyi üçün yalnız prezident əfv edərsə, azadlığa çıxa bilirlər. O da əgər cəzalarının üçdə birini çəkirlərsə.



Əsirlikdən dönən hərbiçilərlə bağlı cinayət işlərini ölkənin Hərbi Prokurorluğunun müstəntiqləri aparırlar. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfraim Təhməzovsa «Azadlıq» radiosuna bildirdi ki, cəza alan hərbiçilərin sayı barədə məlumat hərbi sirdir və bu haqda rəsmi statistikanı təqdim etməyə hüquqları yoxdur. Dediklərinə onu da əlavə etdi ki, həmin hərbiçilərin işini əsasən MTN-in İstintaq İdarəsinin müstəntiqləri aparıb, Hərbi Prokurorluqsa onlara kömək edib.



Əfraim Təhməzovun dediklərindən sonra nələrin hərbi sirr olduğunu dəqiqləşdirmək üçün qanunvericilikdə nəzərdə tutulanları araşdırdıq. Məlum oldu ki, cəza alan hərbiçilərin statistikası hərbi sirr sayılmır.



MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayevsə bildirdi ki, bu məsələlərin nazirliyə ümumiyyətlə, aidiyyəti yoxdur. Əsirlikdən dönənlərlə işləyən müvafiq dövlət komissiyası var. Əsirlikdən dönən hərbiçilərlə bağlı cinayət işlərini isə Hərbi Prokurorluq araşdırıb.



Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından rəsmi müraciətimizə aldığımız yazılı cavaba görə, əsirlikdən dönən hərbiçilərdən indiyə qədər 18 nəfəri əsirlikdə olduqları müddətdə törətdikləri cinayətlərə görə cəza alıblar.



Amma nə prokurorluqdan, nə də komissiyadan əsirlikdən qayıdanl
XS
SM
MD
LG