Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Prezident qəzetlərin borclarını bağışladı


Səs: Real audio
Ötən yeddi ayın pulu əhaliyə ödənilməyəcək Məhkəmə borclarından başqa



Prezident İlham Əliyev qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət hesabına ödənməsi ilə bağlı sərəncam verdi. 2001-ci ilə qədər olan bu borcu bəzi qəzetlər maddi imkansızlığı səbəb göstərərək ödəmirdilər.



Əslində, həqiqətən də Azərbaycandakı əksər aparıcı qəzetlər maddi sıxıntılar içərisindədir. Bir sıra qəzetlərin nəinki çap olunduqları mətbəələrə, hətta öz əməkdaşlarına da borcları var. Bir də görürsən ki, hansısa bir qəzet bir neçə ay əməkdaşlara qonorar belə verə bilmir. Bu məsələlər bəzən sıravi müxbirlərin məhkəmələrə şikayət etməsi ilə də nəticələnir.



Ancaq təqribən 10-15 il əvvəl Azərbaycanda elə qəzetlər var idi ki, nəinki borca düşməmişdilər, əksinə sırf satışdan müəyyən gəlir əldə edə bilmişdilər.



"Azərbaycan" nəşriyyatına 76 milyon manat borcu olan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, borca düşmələri hakimiyyətin təzyiqləri ilə bağlıdır: "Biz hələ yaxşıyıq ki, bu günlərə gəlib çatmışıq. Jurnalistlər həbs edilir, redaksiyalara basqınlar olur, müstəqil qəzetlərə reklam verilmir".



Rauf Arifoğlu deyir ki, əgər reklam bazarı liberallaşsa və azad rəqabətə şərait yaradılsa, həm qəzetin qiyməti ucuzlaşar, həm də bütün iqtisadi sıxıntılara son qoyarlar. Bununla belə, Rauf Arifoğlu prezidentin nəşriyyata olan borcların dövlət hesabına ödənməsiylə bağlı sərəncam verməsini müsbət dəyərləndirir.



Nəşriyyata 70 milyon manat borcu olan «Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov da maddi sıxıntıların səbəbini hakimiyyətin müstəqil media münasibətində axtarır. Onun sözlərinə görə, müstəqil qəzetlər borca əsas etibarilə 1998-ci ilin prezident seçkiləri ərəfəsində düşüblər. O vaxt ölkədə qəzet kağızının 1 tonunun qiyməti 1400-1500 ABŞ dollarına qaldırılıb. Azər Əhmədov müqayisə üçün deyir ki, indi qəzet kağızının bir tonunun qiyməti heç də 800 ABŞ dollarından yüksək deyil:



"Problem təkcə kağızın qiymətinin süni şəkildə bahalaşdırılması deyil. Son illər ərzağın, yanacağın qiyməti artırılıb. Ancaq biz əhalinin imkanlarını nəzərə alaraq qəzetin qiymətini qaldırmırıq".



Ancaq nəşriyyata borclu qəzetlərdən heç də hamısı maddi sıxıntılara görə hakimiyyəti günahlandırmır. «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid deyir ki, ölkədə qəzet bolluğu var və hamı bu qəzet bolluğunda rəqabətə dözmür: "Üstəlik Latın qrafikalı əlifbaya keçdikdən sonra əhalidə qəzet alıcılığının səviyyəsi aşağı düşüb".



«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, əgər onların 100 problemi varsa, nəşriyyata olan borc bu problemlərdən 99-cu yerdə dururdu. Onları əsas sıxan məhkəmə cərimələrinə görə yaranan borclardır. Rauf Arifoğlunun sözlərinə görə, məhkəmə borcları nəşriyyata olan borcdan ən azı 5-6 dəfə çoxdur:



"Məhkəmə cərimələri nəticəsində bizim hesabımıza həbs qoyulub. Gəlirin 50 faizi tutulur. Bu o deməkdir ki, bizim inkişaf perspektivlərimiz əlimizdən alınıb".



Rauf Arifoğlu deyir ki, dəfələrlə məhkəmə cərimələrinin ləğv edilməsi ilə bağlı dövlət başçısına müraciət etsələr də, hələ ki, müsbət cavab ala bilməyiblər.



Eyni problem «Azadlıq» və «Bakı Xəbər» qəzetlərinin də işinə çox ciddi maneələr yaradır. «Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov deyir ki, bir sıra qəzetlərə kredit verilərkən aparıcı müxalifət qəzetləri yada salınmayıb.



Nəşriyyata təkcə müxalif yönlü media orqanlarının yox, hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra qəzetlərin də borcu olub. Hətta "Azərbaycan" nəşriyyatının direktoru, «S
XS
SM
MD
LG