Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:48
Rubrikalar

Neft-qaz sənayesində 2006-2010-cu illər üçün elmi tədqiqatların konsepsiyası hazırlanıb


Səs: Real audio
Fevralın 28-də «quş qripi»nə qarşı mübarizə üzrə Dövlət Komissiyasının növbəti yığıncağı olacaq - Azərbaycanın neft-qaz sənayesində 2006-2010-cu illər üçün elmi tədqiqatların konsepsiyası hazırlanıb. Dövlət Neft Şirkətindən verilən məlumata görə, növbəti 4 ildə neft-qaz sənayesinin inkişafının bir sıra vacib məsələlərinin həllini – yeni yataqların kəşfiyyatı, dərindəki yataqların işlənməsi və proseslərin səmərəli idarə olunmasını nəzərdə tutan konsepsiyanın müəllifi akademik Azad Mirzəcanzadədir.



- Martın 15-də Bakıda, İdman və Sərgi Kompleksində başlanacaq 3-cü beynəlxalq «Avtoşou» sərgisində 15 ölkədən 60 kampaniya iştirak edəcək. Tədbirin təşkilatçısı olan «İteca Caspian» şirkətindən verilən məlumata görə, sərgidə bütün növ maşınlardan tutmuş ehtiyat hissələri və xitdmətlər göstərən firmalar da təmsil olunacaq. Sərginin keçirilməsində təkilatçılardan əlavə bir sıra naziriklər və özəl assosiasiyalar da iştirak edəcək.



- Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işlənməsi üçün memorandum imzalanıb. Memorandumu «Azərenerji» Səhmdar Cəmiyyətilə Rusiyanın «RAO YEES» şirkəti imzalayıb. «Azərenerji»dən verilən xəbərə görə, sənəd elektrik stansiyalarının tikintisi, enerji sistemlərinin əlaqəli çalışması, qəza vəziyyətlərində yardımlaşması və s. məsələləri əhatə edir.



- 2007-ci ildən Avropa Birliyi ölkələrinə vizaların qiyməti təxminən iki dəfə qaldırıla bilər. Bu qərar Avropa Birliyinin Daxili İşlər və Ədliyyə nazirlərinin Brüsseldə keçirilən toplantısında müzakirə edilib. Qərara alınıb ki, 2007-ci ildən Avropa Birliyinə gələn digər ölkələrin vətəndaşlarından əlavə olaraq biometrik məlumatlar da götürülməsi məqsədəuyğun olardı və bu üzdən vizaların qiymətləri 35-dən 60 avroyadək artırılmalıdır. Vizanın dəqiq qiyməti və alınma şərtləri bu ilin sonunadək dəqiqləşdiriləcək.
XS
SM
MD
LG