Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:02
Rubrikalar

«Microsoft»un Azərbaycanda nümayəndəliyi açıldı


Səs: Real audio
Təşkilatın Avropa bölməsinin rəhbəri Annabel Arki istintaqın gedişində irəliləyişə inamının olmamasını qətldəki Gürcüstan amiliylə izah edir - Yaponiya Azərbaycanın qeyri-neft sektorunda birgə layihələr gerçəkləşdirməkdə maraqlıdır və bu məqsədlə həm dövlət, həm də şirkətlər səviyyəsində investisiya qoymaq istəyir.



Yaponiyanın Azərbaycandakı səfiri Tadahero Abe fevralın 28-də keçirdiyi mətbuat konfransında belə deyib. Yaponiya səfirinin sözlərinə görə, onun ölkəsi son 9 ildə Azərbaycana kredit, investisiya və qrantlar şəklində 700 milyon dollara yaxın yardım edib.



Cənab Tadahero Abe onu da deyib ki, Azərbaycan prezidenti və iş adamlarının martın 7-10-da Yaponiyaya nəzərdə tutulan səfəri zamanı qarşılıqlı əməkdaşlıq imkanlarının geniş müzakirəsi, iki ölkənin iş adamlarının iştirakıyla biznes forumun keçirilməsi planlaşdırılır.



- Hər il Azərbaycanda 60 minədək kompüter alınır ki, onların da 95 faizinə qədərində lisenziyasız – oğurluq proqramlardan istifadə olunur.



"Microsoft" Korporasiyanın MDB üzrə baş direktoru Şerqus Viza fevralın 28-də şirkətin Azərbaycan nümayəndəliyinin açılışında belə deyib.



"Microsoft"un Cənubi Qafqaz regionunda ilk nümayəndəliyinin Bakıda açılmasının səbəbini cənab Viza belə izah edib ki, Azərbaycanın informasiya texnologiyaları bazarı kiçik də olsa, perspektivlidir.



- İlin ikinci yarısından hesabat vermək və vergiləri ödəmək üçün vergi müfəttişləri ilə ünsiyyətə ehtiyac qalmayacaq. Vergi ödəyiciləri bəyannamələrini və ödəmələrini İnternet vasitəsilə də gerçəkləşdirə biləcəklər. Vergilər Nazirliyinin idarə müdiri Akif Musayevin sözlərinə görə, yeni yaradılan Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi buna imkan verəcək.



- Fevralın 28-də Beynəlxalq Valyuta Fondunun Statistika Departamentinin baş iqtisadçısı Maykl Silverin rəhbərlik etdiyi texniki yardım missiyasının Bakıya səfəri başlayıb. Yardım missiyası əsasən Dövlət Statistika Komitəsində İstehlak Qiymətləri İndeksinin hesablanma qaydalarını müzakirə edəcək.
XS
SM
MD
LG