Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

«Barmek»ə məxsus zavod müsadirə olunub


Səs: Real audio
Hüseyn Arabul: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?» «Barmek-Azərbaycan» Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus sayğac istehsal edən zavod martın 6-da müsadirə olunub. Məlumatı şirkətin prezidenti Hüseyn Arabul verib. Onun sözlərinə görə, müsadirənin şirkətə açılmış cinayət işi ilə heç bir bağlılığı yoxdur: «Gəldilər, istədilər, verdik, nə edəydim, dava edəydimmi?»



Cənab Arabul bu barədə əlavə şərh vermək istəmədiyini də deyir.



Hüseyn Arabul bildirir ki, zavodda 250 nəfər çalışır: «Amma onlar işsiz qalmayacaqlar, zavod fəaliyyətini dövlət müəssisəsi kimi davam etdirəcək».
XS
SM
MD
LG