Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:38

Əli İnsanov MTN-nin təcridxanasına qaytarıldı


Səs: Real audio
Fərhad Əliyevin səhhətinin isə, ağır olduğu bildirilir Martın 8-də keçmiş Səhiyyə naziri Əli İnsanov Ədliyyə Nazirliyinin (ƏN) müalicə müəssisəsindən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasına qaytarılıb. Onun vəkili Toğrul Babayev deyir ki, cənab İnsanovun səhhətində elə bir müsbət irəliləyiş əldə edilməyib. Cənab Babayevin sözlərinə görə, onurğasında yırtıq aşkarlanan keçmiş nazirə müalicə müəssisəsində hətta cərrahiyyə əməliyyatı da təklif edilib. Ancaq müdafiə etdiyi şəxs Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmaq istədiyindən yenidən təcridxanaya qaytarılmalı olub. Vəkil bildirir ki, ƏN-in müalicə müəssisəsində lazımı şərait olmadığından Əli İnsanov orada əməliyyat olunmaqdan imtina edib.



Sabiq Səhiyyə naziri səhhətində kəskin ağırlaşma baş verdiyindən fevralın 25-də ƏN-in müalicə müəssisəsinə köçürülmüşdü.



Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin də səhhəti ağır olaraq qalmaqdadır. Bunu isə martın 7-də Fərhad Əliyevlə görüşən vəkili İradə Cavadova deyir. Xanım Cavadovanın sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs xeyli arıqlayıb, tez-tez qan təziqi qalxır, əllərində isə saralma baş verir. İradə Cavadova bildirir ki, Fərhad Əliyevi kordioloqlar müayinə etmədiyindən onun xəstəliyinə hələ ki, dəqiq diaqnoz qoyulmayıb. Vəkilin sözlərinə görə, bununla bağlı bir neçə dəfə məsələ qaldırsalar da, hələ ki, istəklərini gerçəkləşdirə bilməyiblər.



Hər iki keçmiş nazir ötən ilin oktyabrında həbs edilib, dövlət çevrilişinə cəhddə və korrupsiyada ittiham edilirlər.
XS
SM
MD
LG