Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:39

Ramil Usubov beynəlxalq qurumların birtərəfli mövqe tutduğunu deyir


Daxili İşlər naziri azərbaycanlı polis zabitinin Fransadan siyasi sığınacaq istəməsi faktını təsdiqləyib


«Seçkidə hüquq-mühafizə orqanlarının işini tənqid edən beynəlxalq qurumlar birtərəfli mövqe tuturlar. Bu mövqe əsasən daxili işlər orqanları - məsələn, polisin seçki prosesinə müdaxiləsinə dair müxalifət mətbuatında yazılanlara əsaslanır».


Daxili İşlər naziri Ramil Usubov aprelin 29-da jurnalistlərlə söhbətində belə deyib.


Ramil Usubov: «64 belə məlumat vardı, onlarla bağlı xidməti təhqiqat aparılıb və yalnız ikisi öz təsdiqini tapıb. Qalanları, əsassız yazılardır, hətta seçki komissiyalarının müxalifətçi üzvləri də bu cür məlumatları təkzib ediblər. Görünür, bu cür yazılar siyasi məqsəd güdüb».


Cənab Usubov azərbaycanlı polis zabitinin Fransadan siyasi sığınacaq istəməsi faktını təsdiqləyib. O, qeyd edib ki, həmin zabitin işində heç bir nöqsan aşkarlanmayıb, onun sığınacaq istəməsinin motivləri və səbəbi isə araşdırılır.


Bir müddət əvvəl yerli mətbuatda Nərimanov Rayon Polis İdarəsinin zabiti Nemət Hüseynovun Fransadan siyasi sığınacaq istəməsi barədə məlumat yayılmışdı. O, bunun səbəblərini daxili işlər orqanlarındakı korrupsiyadan yorulması ilə izah etmişdi.


XS
SM
MD
LG