Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:55

Səməd Seyidov: «Azərbaycanda heç bir gizli həbsxanadan söhbət gedə bilməz»


«Azərbaycanda heç bir gizli həbsxanadan söhbət gedə bilməz. Ümumi araşdırmalar göstərir ki, Azərbaycanın adının bu kontekstdə çəkilməsi reallığı əks etdirmir. Biz öz mövqeyimizi Avropa Şurasına (AŞ) bildirmişik».


Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərlə söhbətində deyib. Cənab Seyidov Azərbaycanın rəsmi mövqeyinin AŞ-ın Baş katibi Terri Devisə, həm də məruzəçi Dik Martiyə göndərildiyini bildirir.


Cənab Devis ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus, içində yaraqlılar olan təyyarələrin AŞ ölkələri üzərindən uçmasına dair məlumatlardan sonra qurum üzvlərindən bu barədə izahat istəmişdi.


XS
SM
MD
LG