Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:40

Qazaxıstandan gətirilən buğdanın saxlanması üçün Hövsanda anbar tikiləcək


Qazaxıstandan gətirilən buğdanın saxlanması üçün istifadə olunacaq ilk anbar Hövsan qəsəbəsində tikiləcək. Baş nazirin müavini Abbas Abbasovun verdiyi məlumata görə, 500-800 min ton arası tutumu olacaq bu anbarın tikintisi və idarə olunması Qazaxıstan və Azərbaycandan olan şirkətlərə həvalə olunacaq. Qazaxıstan tərəfi ilə bu və başqa məsələlər (Azərbaycanın Qazaxıstana olan borcu, Xəzərin dibiylə fibro-optik əlaqə kabelinin çəkilməsi) mayın 5-də Baş nazir Daniyal Axmetovun Bakıya səfəri çərçivəsində müzakirə ediləcək.


Qazaxıstan Azərbaycanın ona 16,9 milyon dollar dövlət borcu olduğunu iddia edir. Azərbaycan tərəfi bu məbləğin 8,5 milyon dollarını dövlət borcu kimi qəbul edir, qalan pulun isə təsərrüfat subyektlərinin borcu olduğunu və yenidən araşdırılmasını istəyir.


XS
SM
MD
LG