Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:55

İşgəncələr Əleyhinə Komitə sabiq nazirlərin adından prezidentə müraciət edəcək


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi

İşgəncələr Əleyhinə Komitə sabiq nazirlərin adından onların Mərkəzi Klinik Xəstəxanaya köçürülmələri üçün prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Komitənin sədri Elçin Behbudov mayın 2-də keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanovla görüşüb. Cənab Behbudovun sözlərinə görə, onlar müalicə olunmaq üçün cəzaçəkmə müəssisələrinin Böyükşor qəsəbəsində yerləşən mərkəzi xəstəxanasına köçürülmələrinə etiraz edirlər. Sabiq nazirlər bu xəstəxanadakı həkimlərə etimadları olmadıqlarını deyiblər.


Elçin Behbudov: «Fərhad Əliyevin Mərkəzi Klinik Xəstəxanada həkimi var, ona görə də orda müalicə olunmaq istəyir. Əli İnsanovun xahişi isə budur ki, onurğa sütunundakı cərrahiyyə əməliyyatını Mərkəzi Klinik Xəstəxananın həkimləri aparsınlar».


İşgəncələr Əleyhinə Komitənin sədrinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovun, eləcə də Prezident Aparatının keçmiş şöbə müdiri Akif Muradverdiyevin saxlanma şəraitindən və nəzarətçilərdən şikayətləri yoxdur.


Sabiq məmurlar dövlət çevrilişinə cəhddə və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Bəzi hüquq müdafiəçiləri isə onların siyasi məhbus olduqlarını bildirirlər.


XS
SM
MD
LG