Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:44

Yayda meyvə-tərəvəzin qiyməti qalxacaqmı?


Nazirlik «yox» deyir, QHT-lər «hə»


Dizel yanacağının qiyməti iki dəfə artsa da, yayda meyvə-tərəvəz bahalaşmayacaq. Kənd Təsərrüfatı Nazirliyində idarə rəisi Sabir Vəliyev «Azadlıq» radiosuna deyib ki, nazirliyin proqnozuna görə, yanacağın bahalaşması məhsulun maya dəyərinə ciddi təsir göstərməyəcək.


Kəndli Fermer Təsərrüfatı İttifaqının hesablamalarına görə isə, yayda meyvə-tərəvəz keçən ildəkindən azı 25-30 faiz baha olacaq. Təşkilatın sədri Sadıq Murtuzayev deyir ki, bu, nəqliyyat xərclərinin artması hesabına baş verəcək.


İlin əvvəlində dizel yanacağının qiyməti iki dəfə qaldırılıb. Hökumət bundan ən çox ziyan çəkən sahəyə - kənd təsərrüfatına əvəzsiz yardım ayrılacağını desə də, sonra bu fikrindən daşındı.


XS
SM
MD
LG