Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

Suyun basdığı sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib


Mayın 4-də Araz çayında suyun səviyyəsində qismən də olsa azalma müşahidə olnub. Ancaq buna baxmayaraq Naxçıvan Muxtar Respublikası (NMR) Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, evləri suyun altında qaldığından aprelin 30-da çadırlara yerləşdirilən Kəngərli rayonunun Təzəkənd sakinləri hələ iki üç-gün də orada qalmalı olacaqlar. Nazirlikdən verilən məlumata görə, kənddəki 15 ev artıq qrunt sularından təmizlənib. Digər evlərində təmizlənməsi davam etdirilir. Müvəqqəti çadırlara yerləşdirilən kənd sakinlərinə gündə üç dəfə isti yemək verilir.


NMR Gömrük Komitəsindən verilən məlumata görəsə, İran İslam Respublikası ilə sərhəddə yerləşən Şahtaxtıpoldəş sərhəd-keçid məntəqəsi mayın 4-dən fəaliyyətini bərpa edib. Araz çayı üzərində yerləşən körpünün ətrafını su basdığından mayın 1-də məntəqə fəaliyyətini dayandırmışdı.


Sinoptiklərin məlumatına görə, mayın 5-də də NMR-də qeyri-sabit hava şəraiti müşahidə ediləcək.


XS
SM
MD
LG