Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Yarımçıq qalmış kooperativ binalar dövlətin hesabına tikiləcək


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 10 may 2006
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 10 may 2006

Nazirlər Kabinetinin qərarıyla yarımçıq qalmış kooperativ binaların tikintisi üçün büdcədən ardıcıl olaraq pul ayrılır və həmin yarımçıq tikililər tez bir zamanda dövlətin hesabına inşa edilib qurtaracaq. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyir. Cənab Abutalıbov çoxmərtəbəli binaların tikilməsinə də münasibət bildirərək deyir ki, bütün binalar şəhərin baş planına uyğun inşa edilir və bununla bağlı heç bir kommunal problem yaranmayacaq: “Yaxşı olar ki, Bakıya aşağıdan yox, yuxarıdan baxasız. Yeni tikilmiş binalarda isti su, soyuq su, daimi qaz, elektrik enerjisi var. Bizim problemimiz keçmişdən miras qalmış bir və ikimərtəbəli evlərdir”.


Cənab Abutalıbov əmin edir ki, həmin binalar da yaxın vaxtlarda söküləcək və yerində yeni binalar, istirahət zonaları salınacaq.


Avropa Şurasının Azərbaycana tövsiyələrindən biri Bakı meriyasının yaradılması və merin seçilməsidir. Hacıbala Abutalovun həmin məsələyə münasibəti belə oldu: “Mənim üçün Bakının icra başçısı kimi işləmək daha münasibdir”.


XS
SM
MD
LG