Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:09

YAP təkrar seçkinin azad və demokratik keçdiyin bildirir


Milli Məclisə 10 dairədə təkrar seçkilər azad və demokratik şəkildə keçir. Bu xəbər «Turan» İnformasiya Agentliyinə hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən daxil olub.Bildirilir ki, 110 saylı Zaqatala seçki dairəsində Müsavat Partiyasının namizədi Arif Hacılının vəkil və müşahidəçiləri seçki qanununun tələblərini pozur və seçki prosesinə müdaxilə edir. Bu dairədən müstəqil namizəd Elnurə Mədətovanın yaxın qohumlarının məntəqələrdə qanunsuz videoçəkiliş apardığı qeyd edilir.Bundan əlavə, YAP-ın mətbuat xidməti 42 saylı Sumqayıt seçki dairəsində deputatlığa namizəd Mirmahmud Mirəlioğlunun nümayəndələrinin məntəqələrə daxil olaraq seçki qanununun tələblərini pozduğunu bəyan edilir. Hakim partiyanın mətbuat xidməti bildirir ki, qanun pozuntuları ilə bağlı müvafiq akt tərtib olunub.



XS
SM
MD
LG